Kazbek Tuayev: "Bir əsrdir evimizdə ad günü təşkil olunmur"

Kazbek Tuayev: "Bir əsrdir evimizdə ad günü təşkil olunmur"
13:05 13 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Neftçi" klubunun və SSRİ yığmasının sabiq futbolçusu Kazbek Tuayevin 75 yaşı tamamlanır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Şöhrət" ordenli mütəxəssis yubileyi ərəfəsində "Sport-Ekspress"ə müsahibəsində ad günləri keçirmədiyini bildirib.

Hazırda Moskvada olan K.Tuayev: "Bakıda mərasim təşkil etmək, Azərbaycan və Moldova yığmaları arasında noyabrın 17-də keçiriləcək yoldaşlıq görüşü ərəfəsində veteranlar arasında görüş təşkil etmək istəyirdilər. Amma fikrimcə, belə şeylərdən qaçmaq lazımdır. Nə banket, nə də hədiyyə istəyirəm. Bir əsrdir, evimizdə ad günü təşkil olunmur. Nə atam, nə də anam istəyirdi. Özüm üçün utandırıcı haldır ki, valideynlərimin doğum günləri tarixini də bilmirəm. Övladlarımınkıları bilsəm də, qeyd etmirik", - deyə bildirib.

Kazbek Tuayev 13 noyabr 1940-cı ildə Bakının Ələt qəsəbəsində dünyaya gəlib. O, futbolçu kimi 1959-1960-cı illərdə Rusiyanın "Spartak" (Nalçik), 1961 - 1970 və 1971-1972-ci illərdə "Neftçi", 1970-ci ildə "Spartak" (Vladiqafqaz) komandalarında çıxış edib. Baş məşqçi qismində isə K.Tuayev 1970 və 1973 - 1977-ci illərdə "Spartak" (Vladiqafqaz), 1978 - 1982-ci illərdə "Xəzər Lənkəran", 1983-1984, 1996-1997 və 2004-cü illərdə "Neftçi", 1987 - 1990-cı illərdə "Klub Afriken" (Tunis), 1992-ci ildə "Tərəqqi", 1993-cü ildə "Azneftyağ", 1993 - 1995-ci illərdə "Turan" (Tovuz), 1995 - 1997-ci illərdə Azərbaycan millisində çalışıb. SSRİ millisinin heyətində 1964-cü ildə Avropa çempionatının gümüş mükafatçısı, "Neftçi"də isə SSRİ çempionatının bürünc mükafatçısı olub. Baş məşqçi kimi 1994-cü ildə "Turan"la, 1996, 1997 və 2004-cü illərdə "Neftçi" ilə Azərbaycan çempionu, 1996, 2004-cü illərdə ölkə kubokunun sahibi olub. 2 övladı var: Sergey Rusiyanın paytaxtı Moskvada, Aleksandr Kanadada yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/382125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR