Dünya bu matçı gözləyirdi, amma... (FOTO)

Dünya bu matçı gözləyirdi, amma... (FOTO)
13:06 13 Noyabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının Cənubi Amerika zonası üzrə təsnifat mərhələsi çərçivəsində bu gecə Bakı vaxtı ilə 04:00-da keçirilməsi nəzərdə tutulan Argentina - Braziliya matçı təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, oyunun təxirə salınmasına leysan yağışdan sonra "Monumental" stadionun ot örtüyünün yararsız hala düşməsi göstərilir.

Vəziyyəti belə görən Braziliyi millisi vətəninə qayıtmaq istəsə də, argentinalılar "sambaçılardan" səfərlərini təxirə salmağı və 14 noyabr Bakı vaxtı ilə saat 04:00-da yaşıl meydanda üz-üzə gəlməyi təklif edib. Braziliya tərəfi bu təklifi müsbət cavablandıraraq oyunu 24 saat sonra keçirilməsinə razılıq verib.


"Monumental" stadionun ot örtüyü leysan yağışından sonra

Meydanın ot örtüyü yararsız vəziyyətdə olduğundan futbolçular oyunöncəsi məşqlərini qapalı manejlərdə keçiriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR