Azərbaycan Almaniyaya qarşı - YENİLƏNİR

Azərbaycan Almaniyaya qarşı -   YENİLƏNİR
13:12 13 Noyabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "AVRO-2017"nin seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Fanat.az xəbər verir ki, millimizin rəqibi Almaniya olacaq.

Qarşılaşma Almaniyanın Reqensburq şəhərindəki "Kontinental Arena"da keçiriləcək. Bolqarıstanlı Svetan Krastevin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 21.00-da start götürəcək. 

Azərbaycan millisi 7-ci qrupda keçirdiyi 5 oyundan yalnız 1-də qələbə qazanıb. Qalan 4 görüşdə isə komanda meydanı məğlubiyyətlə tərk edib. Hazırda Rusiya və Azərbaycan milliləri hərəyə 3 xalla 4-5-ci yerləri bölüşdürürlər. İlk "3-lük"də isə hərəyə 9 xalla Almaniya, Avstriya və Finlandiya qərarlaşıb. 

Qeyd edək ki, millimiz ilk oyunda almanlara 0:3 hesabı ilə uduzub.

AVRO-2017
Seçmə mərhələ
7-ci qrup

13 noyabr
21.00 Almaniya - Azərbaycan
Hakimlər: Svetan Krastev, İvan Valçev, Krum Stoylov, Stanislav Todorov (Bolqarıstan).
Reqensburq. "Kontinental Arena".

1

Almaniya

3

3

0

0

13-0

9

2

Avstriya

3

3

0

0

13-3

9

3

Finlandiya

4

3

0

1

6-4

9

4

Rusiya

3

1

0

2

5-6

3

5

Azərbaycan

5

1

0

4

1-13

3

6

Farer adaları

4

0

0

4

0-12

0


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-almaniyaya-qar-t45426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR