Xəzəryanı ölkələr limanlarda infrastrukturun yaxşılaşdırılması imkanlarını müzakirə edəcək

Xəzəryanı ölkələr limanlarda infrastrukturun yaxşılaşdırılması imkanlarını müzakirə edəcək
13:13 13 Noyabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

İran, Tehran, 13 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Əmirabad limanında Xəzəryanı dövlətlərin liman rəhbərlərinin iki gün davam edəcək növbəti görüşü keçiriləcək. Bunu İranın limanlar və dənizçilik təşkilatının Əmirabad limanı idarəsinin mətbuat xidmətinin rəhbəri Əli Xidmətqozar deyib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verib.

Ə.Xidmətqozar deyib ki, noybarın 17-18-də Əmirabad limanında keçiriləcək görüşdə Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın liman rəislərinin iclası keçiriləcək.

O deyib ki, iclasda Xəzəryanı ölkələrin limanları arasında əməkdaşlığın inkişafı, yükdaşımaları və yük boşaltma qaydalarının asanlaşdırılması, gəmiçilik və limanlarda infrastrukturun genişləndirilməsi sahəsində investisiyaların yatırılması, iqtisadi sahədə birgə əməkdaşlıq və elmi təcrübələrin mübadiləsi sahəsi ilə bağlı müzakirələr aparılacaq.

Ə.Xidmətqozar bildirib ki, iclasda həmçinin Xəzəryanı dövlətlərin limanlarının fəaliyyətində səmərəliliyin və nəqliyyat dəhlizləri üzrə dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin daha da artırılması, gəmilərin təmiri, saxlanılması, ekologiyanın qorunması məqsədi ilə birgə təlimlərin keçirilməsi kimi məsələlər də müzakirə olunacaq.

O deyib ki, iclasda həmçinin Xəzəryanı ölkələrin limanları arasında sərnişin gəmi reyslərinin açılması məsələsi müzakirə olunacaq və çalışacağıq ki, bu sahədə mövcud potensiallardan istifadə edək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2455939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR