Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarusun Azərbaycandakı səfiri Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlandırılıb

Belarusun Azərbaycandakı səfiri Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlandırılıb

Date: 13 November 2015 13:13


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Qennadiy Axramoviç ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan Y.Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyini vurğulayıb. O, diplomata Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.
Səfir Q.Axramoviç görüşə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tags:  Belarusun Azərbaycandakı səfiri Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlandırılıb


RƏYLƏR


Top news