Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sədr: "Heç bir din bunu qəbul etmir"

Sədr: "Heç bir din bunu qəbul etmir"

Date: 13 November 2015 13:17

Məişət zorakılığına bütün dinlər pis yanaşır, heç biri bunu qəbul etmir.

Trend-in məlumatın görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məişət zorakılığının qarşısının alınması üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, islam dini qadınların rolunu xüsusilə yüksəyə qaldırır: "Bütün dünyada məişət zorakılığı hallarına rast gəlinir. Türk soyuna mənsub olan Azərbaycan xalqı qadına xüsusi diqqət yetirir. Azərbaycanda məişət zoraklığının kökü, demək olar ki, yoxdur".

M.Qurbanlı deyib ki, məişət zorakılığı məsələsində maarifləndirmə və tərbiyə mühüm rol oynayır. Onun fikrincə, xalqların adət-ənənələri məişət zorakılığı məsələsində mühüm rol oynayır.

Milli.Az


Tags:  Sədr Heç din bunu qəbul etmir


RƏYLƏR


Top news