Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakıda "Discover Azerbaijan" kitabının təqdimatı keçirilib

Date: 13 November 2015 13:22

"Report"xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev dövlət başçısı İlham Əliyevin Azərbaycan və bütün Avropa ölkələri üçün tarixi hadisə olmuş I Avropa Oyunlarının nəticələri barədə söylədiyi fikirlərə diqqəti yönəldərək, hazırda Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan söz açıb.
Birinci Avropa Oyunlarının Azərbaycanın bir idman ölkəsinə çevrildiyini bütün dünyaya nümayiş etdirdiyini söyləyən R.Abdullayev bu möhtəşəm idman bayramına neftçilərin böyük təhfələr verdiklərini vurğulayıb. O, SOCAR-ın I Avropa Oyunlarının baş sponsoru olaraq idman qurğularının inşasında, Bakıda aparılan geniş abadlıq və quruculuq prosesində yaxından iştirak etdiyini bildirib.
"Ən böyük töhfəmiz isə heç şübhəsiz, Bakı Olimpiya Stadionunun tikilib istifadəyə verilməsi olub. Bakı Olimpiya Stadionu inşaat sahəsində böyük beynəlxalq nüfuza malik ekspertlər tərəfindən 2015-ci il üzrə idman qurğuları kateqoriyasında dünyada ilin ən yaxşı layihəsi elan olunub", - deyə R.Abdullayev bildirib.
SOCAR prezidenti I Avropa Oyunları zamanı idmançılarımızın qazandığı qələbələrdən danışıb, bu uğurlarda "Neftçi" İdman Klubu təmsilçilərinin rolundan bəhs edib. O, dünyamiqyaslı idman ölkəsi olan Azərbaycanda gələn il "Formula-1" Qran-pri yarışları, 47-ci Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə Avropa futbol çempionatının final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi haqqında qərarları yüksək qiymətləndirib, bunun Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş qalibiyyətli siyasi kursunun nəticəsi kimi dəyərləndirib.

Tags:  Bakıda Discover Azerbaijan kitabının təqdimatı keçirilib


RƏYLƏR


Top news