“ADA” Universitetində kənd təsərrüfatı ixtisası üzrə magistr hazırlığı həyata keçiriləcək

“ADA” Universitetində kənd təsərrüfatı ixtisası üzrə magistr hazırlığı həyata keçiriləcək
13:23 13 Noyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 13 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi ilə “ADA” Universiteti arasında bağlanmış anlaşma memorandumuna əsasən, 2016-2017-ci tədris ilində “ADA” Universitetində MBA (Biznes idarəetməsində peşəkarlıq) proqramı çərçivəsində kənd təsərrüfatı ixtisası üzrə magistr hazırlığı həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Aqrar Universitetində hər iki ali təhsil ocağı nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Görüşdə MBA proqramı çərçivəsində Aqrar Universitet tələbələrinin “ADA” Universitetində magistr pilləsi üzrə hazırlıq keçmələrinin təmin edilməsi diqqət mərkəzində olub. On yeddi ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirən tələbələr “ADA” Universitetinin magistrantı adını qazanacaqlar.
“ADA” Universitetinin biznes məktəbinin dekanı, professor Nejdet Delener AZƏRTAC-a bildirib ki, 17 aylıq tədris müddətində tələbələrə 16 fənn tədris olunacaq. Eyni zamanda magistr pilləsində təhsil alanlar təcrübə mübadiləsi üçün kənd təsərrüfatının inkişaf etdiyi ölkələrə - ABŞ-a, Hollandiyaya, Çinə, Cənubi Afrikaya, Braziliyaya və digər ölkələrə göndəriləcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADA_Universitetinde_kend_teserrufati_ixtisasi_uzre_magistr_hazirligi_heyata_kechirilecek-901681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR