Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin şərqində PKK yaraqlıları ilə atışmada bir hərbçi şəhid olub

Türkiyənin şərqində PKK yaraqlıları ilə atışmada bir hərbçi şəhid olub

Date: 13 November 2015 13:27

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyə ordusunun ölkənin şərqindəki Van bölgəsində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı apardığı əməliyyat zamanı atışmalarda 1 hərbçi şəhid olub, 3 təhlükəsizlik əməkdaşı yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi hərbi mənbəyə istinadən məlumat verib.
Van əyalətindəki Erciş şəhərində yaşayış evlərindən birinə hücum zamanı yaranan atışmada Türkiyə Silahlı Qüvvələrinin çavuşu öldürülüb.
Qeyd edək ki, əməliyyatdan öncə təhlükəsizlik qüvvələri hücum edilən evdə kürd silahlılarının olması ilə bağlı məlumat alıb. Onları neytrallaşdırılması üzrə əməliyyat davam edir.

Tags:  Türkiyənin şərqində PKK yaraqlıları atışmada hərbçi şəhid olub

RƏYLƏR


Top news