Tbilisidə Cənubi Qafqaz ölkələri jurnalistlərinin forumu keçirilir

Tbilisidə Cənubi Qafqaz ölkələri jurnalistlərinin forumu keçirilir
13:43 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 noyabr, AZƏRTAC
Tbilisidə Cənubi Qafqaz ölkələri kütləvi informasiya vasitələrinin “Dünya təlatümlər dövründə: kim tab gətirəcək” mövzusunda beynəlxalq forumu keçirilir.
Forumda Azərbaycan, Gürcüstan, Rusiya və digər ölkələrdən 50-yə yaxın jurnalist iştirak edir.
“Şimal-Cənub” politoloji mərkəzinin icraçı direktoru Yulia Yakuşeva tədbirin açılışında bildirib ki, 2013-2014-cü illərdə bu ölkələrin gənc jurnalistləri üçün müxtəlif forumlar təşkil olunub. Bugünkü tədbirin əsas məqsədi qloballaşan dünyada, xüsusən də Cənubi Qafqazda baş verən prosesləri nəzərdən keçirmək, bu proseslərə ənənəvi və internet medianın, eləcə də sosial şəbəkələrin təsir imkanlarını müzakirə etmək, gənc nəsil jurnalistlərin ixtisaslaşmasına kömək göstərməkdir. Buna görə də foruma gənc jurnalistlərlə yanaşı, bu sahədə müəyyən təcrübəyə malik olan jurnalist-redaktorlar da dəvət olunublar.
APA informasiya agentliyinin baş direktoru Nurşən Quliyev deyib ki, dünyada və regionda baş verən təlatümlərə, sarsıntılara kimlərin daha çox tab gətirəcəyi məsələsi forumun əsas müzakirə mövzusudur. Eyni zamanda, forumda Cənubi Qafqaz ölkələrində media sahəsində baş verən yeniliklər barədə məlumatlar dinləniləcək. Biz də Azərbaycan həqiqətlərini, mətbuatımızdakı yenilikləri bu tribunadan həmkarlarımıza çatdıracaq, fikirlərimizi bölüşəcəyik və qonşu dövlətlərin bizə münasibətini öyrənəcəyik.
İki gün davam edəcək tədbirdə “Hegemon dövlətlərin təsirinin sonu”, “Mülki jurnalistika və sosial şəbəkələr” və s. mövzularda məruzələr dinləniləcək. Forum çərçivəsində “Böyük Vətən Müharibəsi və jurnalist etikası” mövzusunda “dəyirmi masa” təşkil olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_Cenubi_Qafqaz_olkeleri_jurnalistlerinin_forumu_kechirilir-901689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR