Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzər dənizində boğulan balıqçılardan sonuncusunun da cəsədi aşkarlanıb

Xəzər dənizində boğulan balıqçılardan sonuncusunun da cəsədi aşkarlanıb

Date: 13 November 2015 13:48


Xaçmaz, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən balıqçı, rayonun Tikanoba kənd sakini Laçın Laçınovun cəsədi aşkar edilib.
AZƏRTAC xəbər verir ki, doqquz gün əvvəl iki balıqçı yoldaşı ilə dənizdə boğulan L.Laçınovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
İtkin düşən balıqçılardan Həmzə Nurəddinovun cəsədi noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin xilasediciləri tərəfindən Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanmışdı.
İtkin düşən digər balıqçı Uzunoba kənd sakini İlqar Daşdəmirovun cəsədi isə noyabrın 12-də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Tags:  Xəzər dənizində boğulan balıqçılardan sonuncusunun cəsədi aşkarlanıb


RƏYLƏR


Top news