Kərimə Zaurdan irad: "Ayağını aşağı sal"

Kərimə Zaurdan irad:  "Ayağını aşağı sal"
13:51 13 Noyabr 2015
111 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Kərim Abbasov “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal ifaçının efirdə ayağını bir-birinin üstünə aşırıb oturmasına irad tutub:

“Ayağını aşağı salsan yaxşı olar. Efirdə elə oturma. Tamaşaçılar əsəbiləşir. Sənə sonra irad tutacaqlar. Bu adamda kompleks yoxdur”.

K.Abbasov haqqında deyilənlərə əhəmiyyət vermədiyini bildirib:

“Allah canlarını sağ eləsin. Kimə görə yaşayıram? Məni sevən tərbiyəmə, oxu tərzimə görə sevir. Geyimə görə qiymət vermək düzgün deyil. İnsan var ki, on minlik geyinir, amma ağzını açanda deyirsən, "Dur get burdan". Mənə can deyənə qurban olaram. Tərs gələn isə...”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR