DİN Goranboyda baş vermiş yol qəzası barədə məlumat yayıb

DİN Goranboyda baş vermiş yol qəzası barədə məlumat yayıb
13:53 13 Noyabr 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elmir Murad/

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Xanqərvənd kəndində Bakı şəhər sakini Baba Yusifovun idarə etdiyi “Niva” və Naftalan şəhər sakini Ramil Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində B.Yusifovun sərnişinlərindən Zeynal Təhməzov hadisə yerində ölüb, R.Mustafayev və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2455947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR