Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..

Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
13:57 13 Noyabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Aydın Bağırov

Qol.az


Ramil Şeydayev azərbaycanlıdır. 19 yaşı var. Rusiya milli komandasında oynayır (əvvəl U-19, hal-hazırda U-21).


Azərbaycanın U-19 millisinə cəlb olunan 18 oyunçudan 17-si də azərbaycanlıdır. Əgər “lipa” deyillərsə, onların da 19 yaşı var.


Ramil Şeydayev U-19-lar arasında “Avro-2015”in seçmə və final mərhələsində təkbaşına üst-üstə 12 qol vurub!


Bizimkilərin topası isə elə həmin yarışda (seçmə və elit mərhələ) cəmi 5 qol vurub!


Hə, Ramil Şeydayev bir mövsümə 12 qol vurub!


Bizim U-19 millisində son 5 Avropa çempionatında (2011-2015-ci illərdə) oynamış ən azı 50-dən çox futbolçunun hamısı isə üst-üstə cəmi 15 qol vurub! 


Deməli, faciə Şeydayevin bizim millidən imtina etməsi deyil, faciə son 4 ildə 23 oyunda cəmi 15 qol vurmaqdır!


                                         


Şeydayevin qazandığı Avropa çempionatının bombardiri adı və Avropanın vitse-çempionluğu olub.


Bizimkilərin “qazandığı” isə söyüş olub.


Şeydayev 12 qol vurub sadəliyini, təvazökarlığını qoruyub.


Bizimkilər bir qələt eləməyib, amma başları indidən havalanıb.


Şeydayevi U-19-dan U-21-ə yüksəldirlər.


Bizimkini qovub gəldiyi kluba göndərirlər.


Şeydayev Rusiyanın U-21 millisində qollar vurub komandasına uğur qazandırır.


Bizimki mühüm oyunda hikkəsindən qırmızı alır.

 

Və... Ortada bir gerçəklik var: qol vurub uğura gedən də azərbaycanlıdır, qırmızı alıb meydandan, intizamsızlıq edib komandadan qovulan da.


Amma biz həmişə bu ölkənin adını batıran azərbaycanlını başqa bir azərbaycanlıdan - uğura gedən, futbolun zirvəsinə doğru addımlayan azərbaycanlıdan daha çox istəyəcəyik, daha çox hörmət edəcəyik.


Əmin ola bilərsiz, bu millət Şeydayevə həmişə xain, satqın gözüylə baxacaq, onu stadionda görəndə fitə basacaq.


Çünki o, Azərbaycan millisini deyil, doğulub boya-başa çatdığı Rusiyanı seçib.


Hə, bir patriot kimi davranmayıb. Amma peşəkar kimi davranıb.


Bizim millət sevir axı belə şeyləri, hamı patriot olmalıdı. Bəli, başqa cür olmamalıdır da: vətəni, dövləti, bayrağı sevməliyik. Amma öz işimizi də sevməli, öz peşəmizə də hörmət eləməliyik, axı.


Hörmət edirik özümüzə?


Ya da sualın qoyuluşunu dəyişək: özünə, peşəsinə, və nəhayət, sənə, əziz futbol azarkeşi, sənə, sənin ölkənə hörmət edirmi sənin futbolçun?


Bugünlərdə keçirilən U-19-lar arasında Avropa çempionatının seçmə mərhələsində hər cür intizamsızlıq edən məgər Ramil Şeydayev idi?


Məgər, on illərdir səni, sənin ölkəni futbol dünyasında rəzil edən Ramil Şeydayevdir?


Ramili fitə basaq, ondan əvvəl isə Rusiya millisini seçən Aleksandr Səmədovu fitə basaq.


Amma gəlin, soyuq başla onu da fikirləşək: Səmədov (gələcəkdə Şeydayev) bizim millimizi seçsəydi, nə qazanacaqdı? Adam bizim millidə heç bir perspektiv görməyib Rusiyanı seçdi, pis-yaxşı dünya çempionatının final mərhələsi kimi nəhəng bir yarışda oynadı.


Yaxşı, lap deyək ki, Səmədov da qəbahət edib, Şeydayev də... Onların qəbahəti yalnız Rusiyanı seçməkdisə, bəs onda bizim, Rusiyanın yox a, məhz bizim öz bayrağımız altında meydana çıxıb belə məsuliyyətsizlik edib ölkənin nüfuzuna zərər vuranların qəbahəti nə boydadır?


Suallar çoxdu, həddən artıq çoxdu... Və kimsə, kimlərsə o suallara cavab verməlidir... Şeydayevi az qala dar ağacından asanlar belə...


Amma asmaqla, öldürməklə iş bitmir.


Biz yetişdirməli və yaşatmalıyıq... Ən azı Səmədov, Şeydayev səviyyəsində futbolçular yetişdirib onları qorumalı, inkişaf etdirməliyik.


Təbii ki, ruslar kimi bacarırıqsa.


Bacaracağıq, bacarmayacağıq, zaman göstərəcək.


Amma bu ölkənin U-19 millisində oynayan futbolçusunun Şeydayevdən örnək götürməsi çox yaxşı olardı...


Özü də utanmağa gərək yoxdu, Şeydayev özümüzünküdü, erməni Mxitaryan deyil...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İndoneziyada güclü zəlzələ

23 İyul 2017 18:53

Ağdamın icra başçısı: "Ermənistan ordusu hər gün rayonun işğal altında olan ərazilərinə od vurur"

23 İyul 2017 18:52

Dünyanın ən sakitləşdirici musiqisi: Weightless

23 İyul 2017 18:52

Belə də olur: Nənə öz nəvəsini dünyaya gətirdi - FOTO

23 İyul 2017 18:47

Çində tikinti kranı aşıb -

23 İyul 2017 18:42

Bakıda marşrut avtobusu qəza törədib: xəsarət alan var

23 İyul 2017 18:39

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

23 İyul 2017 18:37

Dəniz Sekidən 3 il sonra bir ilk - FOTO

23 İyul 2017 18:32

Tarixi binada yoqa studiyası - FOTO

23 İyul 2017 18:32

"Qarabağ"ın ilk fan-şopu açıldı

23 İyul 2017 18:28

Kənan istirahətinə mane oldu - FOTO

23 İyul 2017 18:27

"Qarabağ" Şəhidlər Xiyabanında - FOTOLAR

23 İyul 2017 18:27

Dənizdə batan 2 nəfər xilas edilib -

23 İyul 2017 18:21

Audi-nin idman modelləri daha güclü oldu - FOTO

23 İyul 2017 18:17

Bu klub 3 gündə 22 transfer etdi

23 İyul 2017 18:07

Hər mövsüm üçün ev - FOTO

23 İyul 2017 18:05

"SS Minden" gəmisində 4 ton qızıl tapıblar

23 İyul 2017 18:05

Bakıda maşınla italiyalı qadını vurub qaçdılar

23 İyul 2017 18:04

“YARAT Freestyle” proqramı çərçivəsində yoqa festivalı keçirilib

23 İyul 2017 17:57

Qızıl külçələr verən bankomatlar – FOTOLAR

23 İyul 2017 17:53

Türkiyə Silahlı Qüvvələrinin heyəti 40 faiz azalıb -

23 İyul 2017 17:53

Bakıda mənzildə yanğın olub

23 İyul 2017 17:52

Ağcaqanad dişlədiyi yerə limon sürtsəniz... - TƏBİİ ÜSULLAR

23 İyul 2017 17:47

Bu uşaq ana bətnində əməliyyat olunub

23 İyul 2017 17:43

Kikboksçumuz Britaniyada Azərbaycan bayrağını dalğalandırdı - VİDEO

23 İyul 2017 17:39

"Qarabağ"dan açıqlama: “Transfer işləri yekunlaşmayıb”

23 İyul 2017 17:37

Rəssamlar dueti - FOTO

23 İyul 2017 17:32

Pentaqon Türkiyənin Rusiyadan S-400 almaq niyyətindən narahatdır

23 İyul 2017 17:31

İnsanlar məhv olandan sonra dünya bu cür olacaq - FOTO

23 İyul 2017 17:22

200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB

23 İyul 2017 17:22

Mercedes ilk pikapını təqdim edib - FOTO

23 İyul 2017 17:17

Binanın damında işləyən MİS işçiləri “tol”u qadının başına atdı

23 İyul 2017 17:14

Üzünüzdəki “ölüm üçbucağı” - Kimlər təhlükədədir?

23 İyul 2017 17:12

Bu idman növünün adı dəyişdirildi

23 İyul 2017 17:12

"Qəbələ"nin oyunu ispanlara tapşırıldı

23 İyul 2017 17:07

“Xomeyninin əmri ilə edamları həyata keçirənlərə medal verilməlidir” - Axund

23 İyul 2017 17:05

Güneydə növbəti etiraz dalğası

23 İyul 2017 17:05

İncəsənət əsərlərinin bəzədiyi mənzil - FOTO

23 İyul 2017 17:05

Konsertdə facivə: 90 nəfər xəstəxanalıq oldu

23 İyul 2017 17:05

Uşağına bu adı verənə 10 min dollar mükafat

23 İyul 2017 17:05

Yetim Eyvaz dünyasını dəyişdi -

23 İyul 2017 17:02

“Qəbələ”nin oyununda ispaniyalı hakimlər

23 İyul 2017 16:57

“Başqa transfer olacağını düşünmürəm” – Tahir Gözəl

23 İyul 2017 16:57

Dani Kintana “Şerif”lə matçdan danışdı: İnandırıcı görünmür

23 İyul 2017 16:57

Azərbaycan atıcısı Ruslan Lunyov Avropa çempionatında mübarizəyə qoşulub

23 İyul 2017 16:57

Batmış gəmidən 4 ton qızıl tapdılar

23 İyul 2017 16:54

"Onları qıcıqlandırdım" - Günaydan həmkarlarına

23 İyul 2017 16:52

50 yaşlı kişilərin qorxduğu hal: kişilik bitirmi?

23 İyul 2017 16:47

Texasda yük maşının qoşqusunda 8 miqrantın cəsədi tapıldı - FOTO

23 İyul 2017 16:42

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi" - Rasim Musabəyov

23 İyul 2017 16:42