Bu gün Azərbaycan futbolunun parlaq simalarından biri, “Neftçi”nin veteran futbolçusu Kazbek Tuayevin doğum günüdür.
Onun 75 yaşı tamam olur. 1966-cı ilin bürünc mükafatçısı 1961-1971-ci illər ərzində “Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub. Hücumçu SSRİ çempionatlarının mövsüm ərzində “33 ən yaxşı oyunçu” sırasına düşən (1963, 1964, 1966) ilk “Neftçi”lidir. SSRİ yığmasında 3 oyun keçirən Tuayev “Spartak” (Nalçik) və “Spartak” (Orconikidze) klublarında da çıxış edib.
1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə “Neftçi”nin baş məşqçisi olmuş Kazbek Tuayev 1996/1997 və 2003/2004 mövsümlərində komandaya ölkə çempionluğunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının da baş məşqçisi vəzifəsində çalışıb.
Kazbek Tuayevi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.