Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Adel aktrisalığa başlayır - FOTO

Adel aktrisalığa başlayır - FOTO

Date: 13 November 2015 13:57

Britaniyalı müğənni Adelin iki illik fasilədən sonra triumfal dönüşü "Hello" mahnısı ilə yadda qalacaq. Bu mahnı artıq bütün çartlarda lider mövqe tutur.
Eyni zamanda, Adel aktrisa karyerasına da başlayır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, "25" albomu çıxandan sonra aktrisa epatajları ilə seçilən kanadalı rejissor Ksavye Dolanın filimində çəkilmək niyyətindədir.
"Hello" mahnısının klipinin müəllifi də Dolan idi.
"Klipdəki obraz çox xoşuma gəldi. Əlbəttə, çoxlu səhvlər etdiyimi anlayıram. Amma fantastik dərəcədə maraqlı təcrübə əldə etdim", - Adel deyib.
Adel hazırda Nyu-Yorkdadır. O, qeyri-rəsmi nikahda olduğu əri Saymon Koneçki və 3 yaşlı oğlu Ancelo ilə hava limanından çıxarkən reportyorlarla qarşılaşıb.
 

Milli.Az











Tags:  Adel aktrisalığa başlayır FOTO

RƏYLƏR


Top news