“Uşaqlara qarşı zorakılıq: gəlin laqeyd qalmayaq”

“Uşaqlara qarşı zorakılıq: gəlin laqeyd qalmayaq”
14:03 13 Noyabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları aylığı” keçirilir.
AZƏRTAC xəbər verir ki, aylıq çərçivəsində Ağsu Rayon Mərkəzi Kitabxanasında “Uşaqlara qarşı zorakılıq: gəlin laqeyd qalmayaq” adlı tədbir keçirilib. Məktəbyaşlı uşaqların iştirak etdikləri tədbirdə bu gün dünyanın bir sıra yerlərində, xüsusən Yaxın Şərqdə baş verən qanlı hadisələrdən, döyüşlərdə və terror hadisələrində günahsız uşaqların da həlak olmalarından, kütləvi aclıq çəkmələrindən, ağır qaçqın həyatı yaşamalarından danışılıb.
Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması məqsədilə 1998-ci il 19 may tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunundan ətraflı bəhs olunub. Habelə ailədə, bəzi hallarda ictimai yerlərdə uşaq hüquqlarının pozulması faktlarının mövcudluğu qeyd edilib, bununla əlaqədar hamılıqla diqqətli olmağın zəruriliyi bildirilib.
Sonda uşaq zorakılığı ilə bağlı videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaqlara_qarsi_zorakiliq_gelin_laqeyd_qalmayaq-901698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR