Macarıstan Avro-2016-nın bir addımlığında (VİDEO İCMAL)

Avro-2016-ya son vəsiqələrin sahibini tapacağı pley-off mərhələsinə start verilib.

İlk oyun günündə Norveç Macarıstanı qəbul edib. 26-cı dəqiqədə fərqlənən Klyaynhaysler qonaqları hesabda önə keçirib. Görüşdə başqa qol olmayıb. Beləliklə, səfərdə 1:0 hesabı ilə qələbə qazanan Macarıstan Avro-2016-ya daha da yaxınlaşıb.

Norveç - Macarıstan - 0:1

Qol:  Klyaynhaysler, 26

Oyunun video icmalını təqdim edirik:

Cavab matçı noyabrın 15-ində Macarıstanda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR