IDEAL şirkəti mətbuat nümayəndələri və müştərilərlə açıq görüş keçirdi - FOTO

IDEAL şirkəti mətbuat nümayəndələri və müştərilərlə açıq görüş keçirdi - FOTO
14:05 13 Noyabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

12 noyabr 2015-ci il tarixində Azərbaycanın ən böyük parfüm və kosmetika mağazalar şəbəkələrindən biri "İDEAL" bütün media nümayəndələri, bu sektora aid araşdırmalar edən bloqerlər və eləcə də öz müştəriləri üçün açıq görüş keçirdi.

Görüşün mövzusu Azərbaycan parfüm və kosmetika bazarında "İDEAL" şirkətinin mövqeyi, yarandığı gündən əldə etdiyi nailiyyətlər və uğurlar, 2016-cı ilə olan planları, habelə son zamanlar parfüm və kosmetika sektoru ilə bağlı yaranmış bəzi stereotiplər, yanlış təsəvvürlərin formalaşması ilə bağlı olub.

Mətbuat konfransında 30-dan çox media nümayəndəsi və bu sektora aid yazılar, araşdırmalar edən bloqerlər iştirak edirdi.

Bu dəfə mətbuat konfransı digərlərindən həm də İDEAL fikirlərlə fərqlənirdi. Belə ki, foyedə jurnalistlər üçün "İDEAL" mağazalarında təqdim edilən bir neçə brend parfümlə və onların qoxusu ilə tanış olmaq imkanı yaradılmışdı.

Mətbuat konfransının təşkil edildiyi zalda isə mağazada təqdim edilən və son zamanlar saxta olduğu yazılan bir çox məhsulların xarici brendlərdən təqdim edilən sertifikatları nümayiş edilirdi.

Konfransı açıq elan edən şirkətin baş direktoru cənab İlqar İsmayılov "İDEAL"ın yaranma tarixi, onun inkişaf dövrü, hazırki fəaliyyəti və gələcək planları barədə qısa məlumat verdi.

Görüşdə şirkəti həmçinin kommersiya direktoru Vladislav Oleynik, marketinq kommunikasiyaları departamentinin rəhbəri Xumar Məmmədbağırova təmsil edirdilər və mütəmadi olaraq aidiyyatı üzrə jurnalistlərin və bloqerlərin sualları cavablandırılırdı.

Xatırladaq ki, "İDEAL" MMC 1999-cu ildə İlqar İsmayılov tərəfindən yaradılıb. Hal-hazırda şirkət 5100m2 -çox sahəyə malik 12 mağazası ilə Bakıda və regionlarda, 4 M.A.C. mağazası ilə Bakı şəhərində fəaliyyət göstərir.

"İDEAL" mağazalarında dünyanın 140-dan çox brendinin parfüm, kosmetika və dəri üçün qulluq vasitələrini təqdim edir.

Xidmət səviyyəsini daha da yüksəltmək məqsədi ilə 2014-cü ildə Azərbaycanda ilk dəfə olaraq öz işçiləri üçün "İDEAL Akademiya"nı yaradıb və bütün konsultantlar bu akademiyada satış texnikası, brendlər barədə məlumat və s. ilə bağlı treninqlər keçirlər.

Şirkətin perspektiv planlarına 2016-cı ildə Bakı və regionlarda daha bir neçə mağaza açmaq, yerli bazarda təqdim edilməyən bir çox yeni brendləri Azərbaycan parfum və kosmetika sektoruna cəlb etmək və onları mağazalarında təqdim etmək daxildir.

Həmçinin şirkət 2016-cı ildə müştərilərinə göstərdiyi xidmət səviyyəsini artırmaq və daha da yaxşılaşdırmaq üçün yeni loyallıq sistemlərinin işlənilməsinə, satış və servis təlimlərinə geniş yer verəcəkdir.

Şirkət, mağazalar və onun fəaliyyəti ilə bağlı gün ərzində yaranan bütün sualları 970 "qaynar xətt" nömrəsinə bildirməklə tez müddətdə sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.





Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/382183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR