Zamiqdən Elçin Hüseynova cavab

Zamiqdən Elçin Hüseynova cavab
14:05 13 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Zamiq Hüseynov həmkarı Elçin Hüseynovun onun ünvanına dediyi ağır sözlərə cavab verib. 

Milli.Az axşam.az-a istinadən ifaçının dediklərini təqdim edir:

""Qarınlı müğənni efirə çıxmasın" fikrini deyərkən Elçin Hüseynovu nəzərdə tutmamışam. Bu ifadəni sağlamlığa görə işlətmişəm. Bütün dünyada müğənnilər ideal bədən quruluşuna sahibdirlər, idmanla məşğul olurlar. Mən də istəyirəm ki, bizim ifaçılar da dünya standartlarına cavab versinlər. Fikrimin üstündə də dayanıram, səhnədə qarınlı müğənni olmamalıdır. Elçin Hüseynovun haqqımda dediyi fikirlər isə mənim üçün önəmli deyil. Əgər sözlərimi o özünə götürübsə, öz problemidir. Onları heç kəsə şamil etməmişəm. Özündən şübhələnməsin".

Qeyd edək ki, E.Hüseynov Zamiq haqqında bunları demişdi:

"Bəzi şeylər var ki, efirdə onlarla bağlı çox söz demək olmur. Kişinin sanbalı olmalıdır. Birinci insan, şəxsiyyət olmalıdır, sənət sonra gəlir. Bədən formasını Allah qismət edir. Hərə bir cür yaranıb. Efirə çıxanda tamaşaçı gərək birinci onu ayırd edə bilsin ki, bu, qadındır, yoxsa kişi? İlk şərt budur. "Qarınlıdır, qarınsızdır" müzakirəsi lazım deyil. Allahımdan başqa heç kimdən qorxmuram. Heç kimdən çəkinmirəm. Biri saçını uzadır, biri keçi saqqalı edir, biri sırğa taxır. Səhnə bunlarla gözəlləşmir. Səhnəni sənətlə, oxumaqla gözəlləşdirmək lazımdır. Efir elədir ki, bir kəlmə söz dedinsə, sənin deyil. Sözü fikirləşib demək lazımdır. Ona görə də toylarda gündə bir müğənni döyürlər. 20 ildir sənətdəyəm. Tək Azərbaycanı yox, bütün Rusiyada toyları gəzmişəm. Bir dəfə xətrimə dəyən olmayıb. İnsan səmimi olmalı, şəxsiyyətinə hörmət etməlidir. "Kim kökdür, kim arıqdır" sözləri xanıma aiddir. O sözü deyənin də bəzi orqanlarında xanım orqanları var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/382176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR