Fikrət Yusifov: Manatın taleyinə təhlükə yoxdur

Fikrət Yusifov: Manatın taleyinə təhlükə yoxdur
14:08 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor

Manatın məzənnəsi yenə də gündəmin əsas mövzularından birinə çevrilib. Ortada yenə müxtəlif hesablamalar, proqnozlar var. Bəziləri iddia edirlər ki, manat ciddi təhlükə ilə üzləşib və hər ötən gün onu növbəti devalvasiyaya yaxınlaşdırır. Bax, elə bütün bunların nəticəsidir ki, son günlər vətəndaşların “Manat doğrudanmı təhlükədədir?”, “Mətbuatda aparılan diskussiyaların kökü haradan qaynaqlanır?”, “Manatın növbəti devalvasiyası nə qədər realdır?” kimi sualları ilə qarşılaşırıq. Bu yazıda da məhz qeyd olunan suallara cavab verməyə çalışacağıq.

Gəlin əvvəlcə bir qədər geriyə - bi ilin fevral ayının 21-nə qayıdaq. Məhz həmin gün manatın 34% ucuzlaşmasına səbəb olmuş devalvasiya hadisəsi baş verdi. Tam əminliklə deyə bilərik ki, bu gün manatın məzənnəsilə bağlı aparılan bütün spekulyativ söhbətlər məhz həmin hadisədən qaynaqlanır. Yada salırıq: Devalvasiya hadisəsindən əvvəl ölkədə bütün səviyyələrdən olan ekspertlər, mütəxəssislər və hətta müxalif mövqedə dayanan iqtisadçılar kəskin devalvasiyaya heç bir əsas olmadığını yazırdılar. Doğrudan da real olanı da bu idi. Yalnız radikal siyasi mövqedə dayanıb bir qayda olaraq hökumətin atdığı müsbət addımlara kölgə salmağa çalışan, hər şeyi qara rəngdə görən və tamamilə siyasiləşmiş iqtisadi yazarlar əsassız çağırışlarla əhali arasında panika yaratmağa cəhd edirdilər.

Sağlam düşüncəli ekspertlərin, mütəxəssislərin və peşəkarların verdiyi bəyanatlar əhalinin böyük əksəriyyəti tərəfindən qəbul edilsə də, təəssüflər olsun ki, təsir altına düşüb təxribat xarakterli çağırışlara boyun əyənlər də oldu. O zaman bir çoxlarına belə gəldi ki, devalvasiya hadisəsi əhalinin müəyyən kəsiminin yersiz çağırışlara uyaraq kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutması səbəbindən baş verdi. Təbii ki, baş vermiş hadisədə bu faktın rolu az olmadı. Buna görə də biz həmin dövrdə yersiz çağırışlarla əhalini çaşdırmağa cəhd edənlər barəsində müvafiq qurumların zəruri tədbirlər görməsi təklifi ilə də çıxışlar etdik.

Vətəndaşlarımız birmənalı şəkildə bilməlidirlər ki, bu gün manatın taleyi heç də bəzilərinin iddia etdiyi kimi, təhlükə qarşısında deyil. Bu gün manatın arxasında təkcə bizim özümüzün deyil, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu maliyyə institutlarının da etiraf etdiyi və bütün dünyanı bürüyən iqtisadi tənəzzül şəraitində illik 4% artımı olan güclü iqtisadiyyat durur. Dünya Bankı manatı MDB məkanında ən etibarlı valyuta hesab edib. Bunun da səbəbləri var. Ən əsas səbəblərdən biri budur ki, 10 ildən artıqdır Azərbaycan iqtisadiyyatı və onun qeyri-neft sektoru xüsusi dövlət proqramları çərçivəsində yüksələn xətlə inkişaf edir.

Ölkədə sahibkarlığın inkişafına dövlət səviyyəsində ciddi dəstək verilir. Olkə başçısı bu sektorun inkişafına maneə olan bütün süni əngəllərin aradan qaldırılması yolunda qətiyyətli addımlar atır. Nəticələr göz qabağındadır. Son 5 ildə Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 50%-dən 70%-ə yüksəlmiş, bu sektordan ixracın həcmi 60%-dən çox artmışdır. Yaxın perspektivdə bu sektordan ixracın daha böyük sürətlə artacağı gözlənilir. Deməli, bu hesaba ölkəyə valyuta axını da xeyli artacaqdır. Bundan başqa, bu gün Azərbaycan dövlətinin real valyuta ehtiyatları 42 milyard dollardır və bu, bütün beynəlxalq qaydalarla müəyyən edilmiş minimal normadan 20 dəfədən də çoxdur. Bundan başqa, Azərbaycanın aktivləri və kapitalının həcmi 35 milyard dolları ötən Neft Şirkəti kimi nəhəng bir dövlət kompaniyası var. Azərbaycanın dövlət büdcəsinin gəlirləri neftdən daxilolmalar nəzərə alınmadan belə Gürcüstan və Ermənistanın büdcəsinin cəmindən böyükdür.

Yeri gəlmişkən, bu iki qonşu olkənin valyuta ehtiyatları birlikdə 3 milyard dolları ötmür. Qoy indi hörmətli oxucularımız bütün bu sadaladığımız həqiqətləri bildikdən sonra özlərinə sual versinlər: Manatın arxasında belə güclü dayaqların olduğu bir halda ona inamsız yanaşmaq olarmı? Yox təbii, heç bir halda buna yol vermək olmaz.

Bu gün dünya iqtisadi məkanında, maliyyə bazarlarında baş verən proseslər nəticəsində manatın məzənnəsində ola biləcək hər hansı cüzi dəyişikliklər isə heç kəsi qorxutmamalıdır. Buna təbii baxmaq lazımdır. Sivil inkişaf yolu keçən, iqtisadiyyatı bazar iqtisadiyyatı prinsiplərinə söykənən ölkələrdə insanlar milli valyutalarının məzənnəsində baş verən belə cüzi dəyişiklikləri müzakirə predmetinə çevirmirlər. Çünki ona təbii bir hal kimi baxırlar. Mən vətəndaşlarımızı dövlətimizin rəmzlərindən biri olan milli valyutamıza inamla yanaşmağa çağırıram. Təxribatlara, siyasi möhtəkirlərin əsassız çağırışlarına uymamalıyıq. Dövlətimizə inamlı, iqtisadiyyatımıza güvənməli, manatımızı qorumalıyıq. Milli qürur hissimiz bizdən bunu tələb edir! Biz hamımiz böyük bir ailənin üzvüyük. Hamımızın Azərbaycan adında bir evi, bir ocağı var. Bu evin, bu ailənin yaxşı günü də bizimdir, dar günü də. Bu ocağın işığını qorumaq hamımızın borcudur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Intel” yeni interfeysi yayacaq

30 May 2017 07:52

3 yaşınadək uşağını təkbaşına böyüdən kişiləri işdən çıxaranlar üçün cərimələr artırılır

30 May 2017 07:50

"Android"in yaradıcısı smartfon hazırlayıb

30 May 2017 07:42

3 dəfə artıq tutumlu akkumulyator hazırlandı

30 May 2017 07:37

İraqda partlayış - Ölən və yaralananlar var

30 May 2017 07:33

Toxunmuş bambukdan velosiped - FOTO

30 May 2017 07:32

Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

30 May 2017 07:32

Süni intellekt şagirdlərin diqqətini izləyəcək - VİDEO

30 May 2017 07:22

Alyaskada 5,7 bal gücündə zəlzələ olub

30 May 2017 07:22

"Alibaba"da biometrik ödəniş olacaq

30 May 2017 07:12

Banqladeşdə qasırğaya görə bir milyona yaxın adam təxliyyə olunur

30 May 2017 07:02

Türkiyədə qadın deputat həbs edildi

30 May 2017 06:43

Tropik bitkilərlə bəzənmiş kafe - FOTO

30 May 2017 06:32

Şimali Koreya yenidən ballistik raketi sınaqdan keçirib

30 May 2017 06:22

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

30 May 2017 05:59

Şimali Koreya raket sınağı keçirdiyini təsdiqlədi

30 May 2017 05:43

Karli kamera qarşısında - FOTO

30 May 2017 05:37

Azərbaycandan Rusiyaya 40 ton kartof keçirilməsinin qarşısı alınıb

30 May 2017 05:22

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO

30 May 2017 04:53

Bağdadda partlayış: 17 ölü, 22 yaralı

30 May 2017 04:43

Kendall yubiley sayında - FOTO

30 May 2017 04:32

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

30 May 2017 04:27

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 03:58

İngiltərədə pələng zoopark işçisinə hücum edib -

30 May 2017 03:35

Türkiyədə qadın deputat tutuldu

30 May 2017 03:34

Tanınmış aktrisa reklam obrazında - FOTO

30 May 2017 03:32

Moldova rusiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib

30 May 2017 03:08

9 nəvəsini VAZ-2106-da gəzdirən sürücü saxlanıldı - ASTARADA REYD

30 May 2017 03:04

Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi

30 May 2017 03:03

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32

Misir Liviya ərazisinə havadan zərbə endirib

30 May 2017 01:32

"ABŞ artıq dünya lideri deyil" -

30 May 2017 01:30

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 01:29

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

30 May 2017 01:27

Türkiyədə baş redaktor öldürüldü

30 May 2017 01:19

Qasırğa Moskvanı bu vəziyyətə saldı - FOTOLAR

30 May 2017 01:13

Sirri açılmayan -

30 May 2017 01:03

Pələng zoopark əməkdaşını parçaladı

30 May 2017 00:54

Uyuşdurucu, kimyəvi maddə, stress çarxı - Dünyada qadağan olunan 10 POPULYAR OYUNCAQ - VİDEO

30 May 2017 00:48