Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaçmaz ərazisində batan 3-cü balıqçı da tapılıb

Xaçmaz ərazisində batan 3-cü balıqçı da tapılıb

Date: 13 November 2015 14:11

Noyabrın 4-də Xəzər dənizinin Şabran ərazisində itkin düşən balıqçılardan sonuncusunun meyiti tapıldı.

ANS PRESS-in xəbərinə görə, Xəzər dənizinin Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində balıq tutarkən dəniz sularına qərq olan Xaçmazın Tikanoba kənd sakini Laçın Laçınovun meyidi bu gün aşkarlanıb. FHN -nin Xaçmaz regional mərkəzindən aldığımız xəbərə görə, meyit artıq ailəsinə təhvil verilib. Bununla da 9 gün əvvəl Xəzər dənizində itkin düşən hər 3 balıqçının meyiti tapıldı.


Laçın Laçınovun meyiti tapıldı

Xatırladaq ki, 3 balıqçı noyabrın 4-ündə itkin düşüblər. Dənizə balıq tutmaq niyyəti ilə gedənlərlə həmin gün qəfil əsən küləkdən sonra əlaqə saxlamaq mümkün olmayıb. İtkin düşənlərin hər 3-ü Xaçmaz rayon sakinidir. Balıqçıların qohumlarının ANS PRESS-ə verdikləri məlumata görə, onların qayıqları sahildən 500 metr aralıda aşkarlanıb.

Tags:  Xaçmaz ərazisində batan 3-cü balıqçı tapılıb

RƏYLƏR


Top news