Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda iki aviareys ləğv edilir

Azərbaycanda iki aviareys ləğv edilir

Date: 13 November 2015 14:12

Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur.

Bu faktı Trend-ə AZAL-ın mətbuat xidmətindən təsdiqləyiblər.

Mətbuat xidmətindən reyslərin ləğv olunmasına səbəb kimi onların rentabelli olmadığı bildirilib: "Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq. Artıq bu səbəbdən Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir".

Qeyd olunub ki, Bakı-Gəncə-Bakı istiqamətində uçuşlar isə noyabrın 21-də ləğv ediləcək.

Milli.Az


Tags:  Azərbaycanda iki aviareys ləğv edilir


RƏYLƏR


Top news