"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
14:12 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Tacikistan. SSRİ dağıldıqdan sonra  vətəndaş müharibəsi girdabında boğulan, ən çox daxili qarşıdurmalarla üzləşən respublikalardan birinci sırada olanı Tacikistandır. Elə bu ilin (2015) sentyabr ayında müdafiə nazirinin müavininin çevrilişə cəhdi də buna bariz nümunədir. Bəzən analitiklərə elə gəlir ki, bu dövlətdə çevriliş cəhdləri və vətəndaş müharibələri bitib-tükənməyəcək. Burada ona qonşu (Əfqanıstan, Pakistan, Çin) və qonşu olmayan dövlətlərin (İran, Rusiya, ABŞ və Qərb dövlətləri) maraqları kəsişir. Burda islamafobdan tutmuş dünyəvi dövlət adı altında ruslaşmağa qədər mövqelər mövcuddur. Qeyd edək ki, Belarusda olduğu kimi, Tacikistan da Rusiyanın geostrateji maraqları baxımından vacib mövqeyə malikdir və bu dövlət yeganə postsovet məkanıdır ki, burada böyük dövlətlərin maraqları baxımından Rusiyanın mövqelərinə heç bir ciddi təhlükə yoxdur. Təsadüfi deyil ki, işsizlik içində boğulan taciklər və başqa etnik azlıqlar iş dalınca dil və din yaxınlığı seçilən İrana deyil, hətta qonşusu olan Çinə də deyil, Rusiyaya üz tuturlar. Buna görə də, Tacikistan radikal islamçılıqla, narkotik tranzitlə və s. üzləşdiyi problemləri həll etməkdə bir qayda olaraq Rusiyaya güvənir və ona arxalanır.

Bununla yanaşı, Tacikistanın Orta Asiyada, həm də Mərkəzi Asiyada İran dilli olması Rusiyanın xarici siyasətində nəzərdən qaçırılmır və daima diqqət mərkəzində saxlanılır.   

Hörmətli professorun fikrinə görə, Tacikistan birmənalı olaraq Rusiyaya meylli siyasət yürüdür, onu dəyişmək haqqında düşünmür. Bunun səbəbləri haqqında o yazır:

·        radikal islam və narkotik tranzit təhlükəsinə qarşı mübarizədə Tacikistan yalnız Rusiya dəstəyinə ümid edir;

·        vətəndaş müharibəsindən sonrakı dövrdə də Tacikistanda yeni münaqişə təhlükəsi daim realdır. Ölkə daxilində və xaricində hakimiyyəti devirmək və dini dövlət qurmaq uğrunda mübarizə aparan çoxsaylı dairələrin olduğunu nəzərə alsaq, rəsmi Tacikistan Rusiyanın dəstəyi olmadan təkbaşına buna qarşı davam gətirə bilmir;

·        Rusiyada mövcud olan çoxsaylı tacik diasporu ölkənin xarici siyasətinə kifayət qədər təsir göstərmək iqtidarındadır və s. (Bax. s. 458)

Hazırda iki ölkə (Azərbaycan, Tacikistan) arasında əlaqələr MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və s. beynəlxalq və regional təşkilatlar çərçivəsində davam etdirilir. Onu da qeyd edək ki, Tacikistan Ermənistanla geniş ikitərəfli əlaqələrə malikdir. Göründüyü kimi Ermənistanın Cənubi Qafqazda oynadığı "forpost" rolunu, Tacikistan da Orta Asiyada oynayır.

***

Kitabın II bölümünün III fəslində, yəni Orta Asiya və Xəzər hövzəsinin regional geosiyasi xarakteristikasını şərh etdikdən sonra, müəllif bu bölümün IV fəsilində Qara dəniz hövzəsinin reginal geosiyasi xarakteristikasına keçid edir. Bu da təbiidir ki, Xəzər-Qara hövzəsinin Avropa hissəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikası  verilmədən mövzu yarımçıq qalar və oxucuda bu məkan haqqında tam təsəvvür yaranmaz.

Hörmətli professor bu barədə qeyd edir ki, Avrasiyanın digər "Strateji planetar məkan" kodu daşıyan və mühüm geosiyasi əhəmiyyətə malik hissəsi Qərb və Şərq əlaqələrində körpü rolunu oynayan Qara dəniz hövzəsi və birlikdə Cənubi Qafqazdır. Bölgənin Xəzər dəniz hövzəsi və Orta Asiya tərəfi Avropa və Asiya nəqliyyat-kommunikasiya dəhlizinin Asiya hissəsini, Qara dəniz hövzəsi və Cənubi Qafqaz tərəfi isə bir çox həmsərhəd bölgə ölkələrinin əraziləri ilə birgə (Türkiyə, Rumıniya, Bolqaristan, Ukrayna-Qara dəniz və quru məkanları vasitəsilə; İran quru və Fars körfəzi boyunca; Cənubi Qafqaz respublikaları- Azərbaycan, Gürcüstan və Ermənistan aralıq keçidləri, quru və dəniz kommunikasiyaları vasitəsilə) onun Avropa hissəsini təşkil edir.

Qeyd   edək ki, Avropa qitəsinin ən böyük dövləti Rusiyadır və hövzədə fəaliyyət göstərən dövlətlər (Polşa, Rumıniya, Bolqarıstan. Türkiyə, Gürcüstan, Moldova və Ukrayna qismən), Rusiyadan savayı Şərqi Avropa dövlətləri çərçivəsində bütün parametrlər üzrə Qərbin iqtisadi, siyasi və hərbi təhlükəsizlik sisteminə inteqrasiya olunmuş hesab edilir.

Göründüyü kimi Xəzər-Qara dəniz hövzəsi ABŞ, Avropanın və Rusiyanın geosiyasi, geoiqtisadi, hərbi-geostrateji maraqlarının əks olunduğu, kəsişdiyi, yaxud da birləşdiyi, həyati əhəmiyyət daşıyan bir regiondur. ABŞ politoloqu Z. Bjezinskinin ifadə etdiyi kimi Orta Asiya və Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz Kontinental Avrasiya bölgəsinin ən önəmli məkanı hesab olunur və "dünya siyasətinin həll edildiyi böyük şahmat löhvəsini" xatırladır.

Bu "şahmat löhvəsi"nin üstündə Xəzər-Qara dəniz hövzəsinin əsas regional geosiyasi oyunçuları, Rusiyadan sonra Ukrayna hesab edilir. Ukrayna "regional lider" statusuna iddialıdır və bunu rəsmi Moskva da gözəl anlayır, çünki, hələ prezident V. Yussenkodan öncə, ondan əvvəlki prezident L. Kuçma Ukraynanın gələcək strateji kursunun, ilk növbədə, regionda Avropa İttifaqına, Təhlükəsizlik sahəsində isə NATO sisteminə inteqrasidən ibarət olduğunu bəyan etmişdir. Lakin Ukrayna "regional lider" rolunu oynamasında bir sıra əngəllər mövcuddur və bu əngəllərdən ən əsası onun Rusiyadan enerji asılılığıdır. Sabiq prezident Yanukoviç

istisna olmaqla, demək olar ki, Ukraynanın keçmiş prezidentləri və indiki dövlət başçısı Qərbə inteqrasiyanı geosiyasi fəaliyyətlərində prioritet etmişlər. Bu baxımdan Yanukoviçin yürütdüyü siyasət iflasa uğramış və hadisələr "maydan hərəkatı" ilə nəticələnəndə Rusiya anlamışdı ki, Ukrayna geosiyasi məkanda onun təsiri altında çıxarsa rəsmi Moskva yaxın vaxtlarda fövqəldövlət statusunu itirəcək və çox keçmədən bölgədə Moskva və Kiyevin regional statusu bərabərləşəcək. Bu barədə, Əli Həsənov ABŞ politoloqu Z. Bjezinkiyə istinadən yazır: "Hazırda həm ABŞ və AB, həm də Rusiya politoloqları ayrı-ayrılıqda Ukrayna ilə məhz onların ölkəsinin maraqlarının üst-üstə düşdüyünü iddia edir və onunla "geosiyasi, geoiqtisadi və hərbi-geostrateji blokda" olmağın zəruriyyətini əsaslandırmağa çalışırlar. Məsələn, ABŞ politoloqu Z. Bjezinkinin "Avrasiya Doktrinası"na görə, Rusiyanın fövqəldövlət statusunu itirərək, adi bir dövlətə çevrilməsi prosesinin əsasında Ukrayna dayanır. Onun fikrinə görə, Rusiyanın hazırda fövqəldövlət statusunu bərpa etməsinə mane olmağın ən optimal yolu Ukraynanın Moskvadan asılılığını aradan qaldırmaq və Kiyevin timsalında Rusiyaya alternativ geosiyasi mərkəz formalaşdırmaqdır. Z. Bjezinki öz doktrinasında Ukraynanın ABŞ üçün geosiyasi əhəmiyyətini belə şərh edir: "Müstəqil Ukraynanın yaranması XX əsrin üç vacib geosiyasi hadisələrdən biridir. Çünki müstəqil Ukrayna Rusiya imperiyasının sonu demekdir". (Bax. s. 465-466)

Göründüyü kimi, ABŞ və Avropa dövlətlərinin qitədə ərazisinə görə ikinci, əhali sayına görə beşinci yeri tutan Ukraynanı Rusiya qarşı geosiyasi məkanda alternativ güc mərkəz kimi qoymaqla Rusiyanı çökdürmək, iflasa uğratmaq, onu geostrateji, geoiqtisadi iddialarından əl çəkdirmək, geri oturtmaq planları var gücü ilə işə düşüb. Qərb dövlətlərinin ABŞ politoloqunun fikirlərinin həyatda təsdiqini tapması uğrunda  ölüm-dirim mübarizəsi gedir. ABŞ və Avropa Ukraynada onun Qərbə inteqrasiyası üçün heç nə əsirgəmirlər və  hər vasitədən istifadə edirlər. Bunun üçün Qərb Ukraynaya nəinki maliyyə yardımı göstərib onu faktiki olaraq defoltdan xilas edir, hətta əsgəri və hərbi texniki yardımlarını da əsirgəmir. Üstəgəl daxili gərginliyin Rusiyaya qarşı yönəldilməsi, ticari əlaqələrinin faizinin kəskin azalması Ukrayna-Rusiya münaqişəsi fonunda müşaiyət olunur.

Ardı var

Yunus Oğuz

Olaylar.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran sərhədində atışma - Ölənlər var

29 May 2017 00:33

"Maşın" şou başladı

29 May 2017 00:23

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 00:15

Totti “Roma” ilə vidalaşdı

29 May 2017 00:14

Fələstinli gözəl Roma gecəsinə qatıldı - FOTO

29 May 2017 00:05

Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq

29 May 2017 00:05

Astroloji proqnoz - 29 may

29 May 2017 00:03

Kann Kinofestivalının qalibi bəlli oldu

28 May 2017 23:59

"Maşın" şou başladı - iştirakçıların siyahısı

28 May 2017 23:57

Aqil M.Quliyevin qızının 25 yaşı tamam olur

28 May 2017 23:57

Bu mübarək aya necə xitab edək?

28 May 2017 23:57

İtkin düşən tələbənin cəsədi Xəzərdən tapıldı - FOTO

28 May 2017 23:52

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

28 May 2017 23:52

“Müharibə Qarabağın astanasındadır” – Qriqori Trofimçuk

28 May 2017 23:52

Qızıl palma budağı mükafatının sahibi məlum oldu

28 May 2017 23:51

56 günlük körpəsini zəhərləyib öldürən ana - FOTO

28 May 2017 23:47

Oruclu adamların yayda ən çox ehtiyac duyduğu meyvələr

28 May 2017 23:47

Rüku halında nə qədər əyilmək lazımdır?

28 May 2017 23:47

Qızıl palma budağı mükafatının sahibi məlum olub

28 May 2017 23:43

Şəki sakinini it dişləyib

28 May 2017 23:42

Qaxa dolu yağıb - FOTO

28 May 2017 23:42

Yüksək təzyiq zamanı xalq təbabəti

28 May 2017 23:42

Şimali İrlandiya millisinin daha bir hücumçusu Azərbaycan yığmasına qarşı oynamayacaq

28 May 2017 23:42

Qazaxda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

28 May 2017 23:33

Şou ulduzu yeni fotolarını paylaşdı - FOTO

28 May 2017 23:32

Bakıda torpaq neçəyədir?

28 May 2017 23:29

Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü - 28 yaşlı Kənanın ürək dağlayan taleyi - FOTO

28 May 2017 23:27

Yeni ulduz erotik fotosessiyaya çəkildi - FOTO

28 May 2017 23:27

Oruclu olanda bədəndən qan alıdrımaq, damardan qan vermək olarmı?

28 May 2017 23:22

"Sarkisyan sülh istəmir, yoxsa Martirosyanı niyə satın aldırırdı?"

28 May 2017 23:22

Ramazan ayının gündəlik müstəhəb əməlləri

28 May 2017 23:17

“Qızın iki adaxlısı var?” – Bakıda yeni qalmaqal - FOTO

28 May 2017 23:17

Ayağını ayağının üstünə aşıranlar...

28 May 2017 23:15

Oruc halında ağrıkəsici dərman həbi qəbul edən adamın orucu pozulurmu?

28 May 2017 23:12

Vahan Martirosyan bu dəfə Ermənistan tərəfə qaçır... - əsl erməni xisləti haqqında

28 May 2017 23:12

Şəki sakinini it dişlədi

28 May 2017 23:09

Qaxın ucqar kəndinə dolu yağıb

28 May 2017 23:07

Gəncədə ağır yol qəzası

28 May 2017 23:06

İsraillilər Fələstin üçün küçələrə axışdı - Netanyahu şokda

28 May 2017 23:05

Gəncədə küçəni süpürən qadın həlak oldu

28 May 2017 23:05

Real həyata bənzəyən illüzor aləm - FOTO

28 May 2017 23:05

Otel həyətində yarıçılpaq gözəl - FOTO

28 May 2017 23:05

Dünyanın ən titullu futbolçusu nə MESSİDİR, nə də RONALDO

28 May 2017 23:03

Oruc tutmayanın 7 bəhanəsi

28 May 2017 22:57

Bayrağımızın rəngləri İstanbul boğazından bərq vurur

28 May 2017 22:52

Gəncədə süpürgəçi qadını maşın vuraraq öldürüb

28 May 2017 22:52

Ramazan ayı təqvimi və gündəlik duaları - Orucun vaxtları -FOTO

28 May 2017 22:52

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi

28 May 2017 22:48

Mübarək Ramazan ayının gündəlik duaları

28 May 2017 22:47

ABŞ müdafiə naziri: “NATO Rusiya üçün təhlükə kəsb etmir”

28 May 2017 22:43