Azad Rəhimov: "Avropa Oyunlarından sonra Azərbaycana maraq xeyli artdı"

Azad Rəhimov: "Avropa Oyunlarından sonra Azərbaycana maraq xeyli artdı"
14:17 13 Noyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

"Birinci Avropa Oyunları sadəcə bir idman yarışı deyildi, bu, Azərbaycanın dünyada tanıdılması üçün unikal bir imkan oldu". Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov "Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı" kitabının təqdimat mərasimində deyib.

A.Rəhimov bildirib ki, birinci Avropa Oyunlarında ən vacib məqsədlərindən biri də məhz Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq idi.

Nazir vurğulayıb ki, Avropa Oyunları yaddaşlardan silinməyən, tarixi bir hadisə oldu: "Bakı-2015 Azərbaycanın tolerantlığının, mədəni ənənələrinin bir nümunəsi oldu. Bu tədbirdə potensialımızı, mədəni və mənəvi dəyərlərimizin inkişafını göstərə bildik".

O, əlavə edib ki, bu Oyunlardan sonra Azərbaycana maraq xeyli artıb. Nazir bildirib ki, növbəti illərdə də Azərbaycanda beynəlxalq yarışlara, o cümlədən Şahmat olimpiadasına, "Formula 1", İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

A.Rəhimov bildirib ki, bütün bu faktlar ölkə rəhbərliyinin düşünülmüş uğurlu siyasət aparmasının bariz nümunəsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/382192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR