Lord Evans: "Azərbaycan Böyük Britaniya üçün mühüm ölkədir"

Lord Evans: "Azərbaycan Böyük Britaniya üçün mühüm ölkədir"
14:27 13 Noyabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ "Hesab edirəm ki, Azərbaycan və Böyük Britaniya parlamentləri arasında isti əlaqələr formalaşıb".
"Report" xəbər verir ki, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü Devid Evans deyib.
"Bildiyiniz kimi, Böyük Britaniya Azərbaycanda ən böyük investordur və bizim aramızda isti münasibətlər var. Azərbaycan Böyük Britaniya üçün mühüm ölkədir, xüsusən də enerji təminatında", - D.Evans bildirib.
Lordlar Palatasının üzvü, həmçinin Dağlıq Qarabağ münaqişəsi və qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə toxunub. "Bunun Azərbaycan üçün nə dərəcədə ağrılı bir məsələ olduğunu anlamaq vacibdir", - deyə o qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/lord-evans-azerbaycan-boyuk-britaniya-ucun-muhum-olkedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR