Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göygöl məktəbləri qış mövsümünə hazırdır

Göygöl məktəbləri qış mövsümünə hazırdır

Date: 13 November 2015 14:33


Göygöl, 13 noyabr, AZƏRTAC
Göygöl rayonundakı ümumtəhsil məktəbləri qış mövsümünə hazırdır.
Bu barədə AZƏRTAC-a məlumat verən rayon təhsil şöbəsinin müdiri Elbrus Atayev deyib ki, hazırda rayonda 50 ümumtəhsil və 4 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. Bunlardan da 28-i mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilib. Digər tədris ocaqları isə ucqar kəndlərdə yerləşdiyindən odunla isidilir. Həmin məktəblər üçün avqust və sentyabr aylarında odun tədarükü görülməklə yanaşı, odun sobası da alınıb.
Şöbə müdiri onu da qeyd edib ki, məktəblərdə cari təmir işləri də aparılıb. Binaların dam örtüyü təmir edilib, sınmış pəncərə şüşələri yenisi ilə əvəz olunub.

Tags:  Göygöl məktəbləri qış mövsümünə hazırdır


RƏYLƏR


Top news