“Azercell Telekom” şirkəti mobil xidmətlər bazarında rəqabətə çevik reaksiya vermək niyyətindədir

“Azercell Telekom” şirkəti mobil xidmətlər bazarında rəqabətə çevik reaksiya vermək niyyətindədir
14:36 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

“Azercell Telekom” şirkəti “4G” şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər aparır.
 
Şirkətin icraçı direktoru Vahid Mürsəliyev bildirib ki, gələcəkdə artıq bu texnologiya əsasında səsli xidmətlərin göstərilməsi mümkün olacaq. O, səsli xidmətlərin “3G” texnologiyası üzərindən göstərildiyi üçün buna böyük ehtiyac olmadığını da qeyd edib.

 
Dünyanın aparıcı mobil operatorlarının GSM texnologiyasının istifadəsini dayandıracaqları haqda proqnozlarını şərh edərək, V. Mürsəliyev  bildirib ki, yeni texnologiyaların yayılması nəticəsində tələbat olmadığı halda GSM texnologiyasının istifadəsinin dayandırılması təbii bir hal olacaq.
 

“Azercell” şirkətinin icraçı rəhbəri eyni zamanda “WhatsApp” və “Viber” kimi əlavə mobil proqramlarla mübarizəni  yeni aplikeyşenlərin şirkət tərəfindən hazırlanmasında görür, məhz bu yolla bu cür proqramlarla rəqabətə dayanmağın mümkünlüyünü bildirir.
 
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-39813-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR