İndoneziyanın xəbər portallarında Azərbaycanla bağlı məqalələr yayılıb

İndoneziyanın xəbər portallarında Azərbaycanla bağlı məqalələr yayılıb
14:38 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Cakarta, 13 noyabr, AZƏRTAC 
İndoneziyanın “Eurasia Review” və “Kompasiana” xəbər portallarında bu ölkənin İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin cari ilin oktyabr ayında Azərbaycana səfərinə dair məqalələr dərc olunub.
Məqalələrdə Azərbaycan çoxmədəniyyətli və tolerant ölkə kimi təqdim olunur. Eyni zamanda, oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan qoşunları tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Xocalı qətliamı, bir milyondan artıq qaçqın və məcburi köçkün barədə məlumat verilir.
Bundan başqa, İndoneziya Universitetində “Azərbaycan Multikulturalizmi” kafedrasının təsis olunacağı, Azərbaycan tarixi və mədəniyyətinin indoneziyalı tələbələrə tədris olunacağı haqqında xəbərlər də məqalələrdə yer alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziyanin_xeber_portallarinda_Azerbaycanla_bagli_meqaleler_yayilib-901712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR