Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda olay: sərnişin polis əməkdaşını yaraladı

Bakı metrosunda olay: sərnişin polis əməkdaşını yaraladı

Date: 13 November 2015 14:42

Bakı Metropoliteninin "28 May" stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.

"Report"un xəbərinə görə, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı, 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanuni tələblərinə məhəl qoymayıb. Sərxoş sərnişin polis əməkdaşını söyüşlərlə təhqir edib. Bundan sonra İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Tags:  Bakı metrosunda olay sərnişin polis əməkdaşını yaraladı


RƏYLƏR


Top news