Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakıda avtomobil qaçıran şəxslər tutulub

Date: 13 November 2015 14:42

Bakı. 13 noyabr. REPORT.AZ/. Bakı şəhəri, Yasamal rayonunun A.Ağayev küçəsindən şəhər sakini Əliqulu İsayevə məxsus  VAZ-2107 markalı avtomobil qaçırılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 
Keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elnur Şıxıyev və Rövşən Gülümcanov Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən Cavadxan küçəsində saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Tags:  Bakıda avtomobil qaçıran şəxslər tutulub

RƏYLƏR


Top news