BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü oldu

BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü oldu
14:54 13 Noyabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Tunisdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European and Reformists – AECR) Şurasının illik konfransı öz işinə başlayıb.

 

BAXCP-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Alyansın prezidenti Jan Zahradil konfranslararası dövrdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. AECR prezidentinin çıxışı zamanı tərəfdaş və üzv partiyalarla birgə həyata keçirilən layihələr barədə qısa filmlər nümayiş etdirilib.

 

Jan Zahradilin çıxışından sonra Alyansın icraçı direktoru Riçard Milsom üzv partiyalara maliyyə hesabatını təqdim edib və növbəti il ərzində həyata keçiriləcək layihələr barədə məlumat verib.

Konfrans zamanı çıxışlardan sonra yeni üzvlərin qəbulu barədə məsələnin müzakirəsinə başlanılıb. Alyansın üzvlüyünə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, İtaliya Mühafizəkarlar və İslahatçılar Partiyası, Finlandiya Finlər Partiyası və Slovakiya Azadlıq və Həmrəylik Partiyasının rəhbərləri təqdimat nitqi ilə çıxış ediblər.

 BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın fəaliyyətindən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsindən, Azərbaycanda keçirilən son parlament seçkilərindən və BAXCP-nin prioritetlərindən danışıb. BAXCP sədrinin çıxışı zamanı partiyanın fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

 

Çıxışlardan sonra Alyansa yeni üzv olan partiyaların sədrləri Reykyavik bəyyannaməsini imzalayıblar. Qeyd edək ki, BAXCP sədri ilə Reykyavik bəyannaməsini AECR-in prezidenti Jan Zahradil İmzalayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR