Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhərlərimizdən birinin Baş planı təsdiq edildi

Şəhərlərimizdən birinin Baş planı təsdiq edildi

Date: 13 November 2015 14:58

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Azad Həsənli/

Naftalan şəhərinin Baş planı təsdiq edilib.

Bu barədə Trend Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Renessans Studio” MMC tərəfindən hazırlanmış Naftalan şəhərinin Baş plan layihəsi Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli 355-ci nömrəli Qərarı ilə təsdiq edilib.

İlin əvvəlindən Azərbaycanda Balakən, Siyəzən, Yardımlı, Zərdab, Hacıqabul, Neftçala və Zaqatalanın Baş plan layihələri təsdiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Şəhərlərimizdən birinin Baş planı təsdiq edildi

RƏYLƏR


Top news