"Əli Abbasov Eldar Mahmudovun şantajına boyun əyib”- Zahid Oruc

"Əli Abbasov Eldar Mahmudovun şantajına boyun əyib”- Zahid Oruc
14:59 13 Noyabr 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

“Görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasovda Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib”.

 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Orucsöyləyib.

 

Z. Oruc qeyd edib ki, milli təhlükəsizlik nazirinin vəzifəsindən çıxarılmasından sonra bu addımın atılmasına səbəb olan məsələlər artıq bir neçə gündür ki, cəmiyyətə təqdim olunmaqdadır: “Burada dövlət içərisində əldə olunmuş böyük səlahiyyətlərin bir dövr ölkənin təhlükəsizlik məsələləri üçün istifadə edilməsi, daha sonra isə şəxsi maraqlardan çıxış edərək bir imperiya qurmaq niyyətindən söhbət gedir. İstər dövlət elitasına daxil olanları, istərsə də əsasən sahibkarları basqı altına almaq niyyəti ilə həyata keçirilən tədbirlər heç bir halda bağışlana bilməzdi.

 

Prezidentin addımı sübut etdi ki, toxunulmaz şəxslər yoxdur, nazir vəzifəsini daşısalar da, onlara qarşı ən sərt tədbirlər həyata keçiriləcək.Eldar Mahmudovun nazir olaraq çevrəsinə topladığı generalların vətəndaşlar üzərində qurduqları “haqq əməliyyatları” külli miqdarda vəsaitlərin əldə olunmasına yönəlib və bunu artıq inkar etmək mümkün deyil. O şəxslərin həbsə atılması, gələcəkdə qanun qarşısında cavabdehlikləri də özündə bunu ehtiva edir.

 

Dünən rabitə və yüksək texnologiyalar nazirinin də vəzifəsindən azad olunması onu göstərdi ki, ötən illər ərzində dövlətin bilavasitə qayğısı, büdcə ayırmaları vasitəsi ilə bu ölkədə telekommunikasiya sistemində, rabitə qovşaqlarının yaradılmasında, vətəndaşların bu xarakterli tələbatlarının təmin olunmasında xeyli işlər görülsə də, bir nazir kimi Əli Abbasov başqa bir nazirin onun rəhbərlik etdiyi strukturdan poliqon kimi istifadə etməsinə imkan verib”.

 

Z. Oruc vurğulayıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin milli təhlükəsizlik məsələlərində qanunla müəyyənləşmiş statusu və rolu var:

 

“Ancaq qanunla sanksiyalaşdırılmadığı təqdirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində olan texniki qurğuları və digər vasitələri vətəndaşlara, sahibkarlara qarşı yönəltmək yolverilməz hallardır, Konstitusiya müddəalarının, qanunvericiliyin açıq-aşkar pozulmasıdır. Düşünürəm ki, hər kəs də illər ərzində bu strukturun prezidentin siyasətində hər zaman öndə olduğunu nəzərə almalı idi və adekvat davranışlar göstərməli idi. Amma görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib və deməli, prezidentin etimadını doğrultmayıb.

 

Yəni Eldar Mahmudovun xəfiyyə strukturları, əslində isə sümürgənlik sistemi tək sahibkarlar deyil, digər insanların üzərində də bu cür tələləri yaradıb və vəziyyət belə bir duruma gətirib çıxarıb”.

 

Millət vəkili qeyd edib ki, təhlükəsizlik sferasında atılan son addımlar sahibkarlığın üzərində qurulmuş töycü sistemindən azad olunmasına imkan verir, digər tərəfdən ölkənin təhlükəsizliyi ilə bağlı gerçək peşəkarların, bu sferada uzun illər gizli cəbhələrdə ölkənin mənafeləri üçün çalışmış insanların da öz fəaliyyətlərini rahat həyata keçirmələrinə səbəb olacaq.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, bu məsələdə prezidentin islahat siyasəti tam dəstəklənməlidir: “İnsanlar bilməlidirlər ki, vəzifə başqalarını soymaq, əzab vermək üçün deyil, xidmət üçün nəzərdə tutulur.

 

Ola bilər ki, hər sahədə nöqsanlar var, sistemin özündən irəli gələn müəyyən neqativ hallar ola bilər ki, insanlar bunların içərisində başqa cür davrana bilmirlər. Tutaq ki, bir nazir bir tələb qoyur və işçilər də o tələbə uyğun fəaliyyət göstərirlər. Amma bütövlükdə bir sistemin korlanmasına yol vermək olmaz. Hər kəs özünə aid sahədə vicdanlı çalışmağa məhkumdur. O baxımdan Rabitə və Yüksək Texnologiyalar Nazirliyiətrafında baş verənlərlə bağlı bir açıqlama olarsa, cəmiyyət bu məsələdə atılan addımların dəstəklənməsi istiqamətində konkret mövqelər göstərə bilər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Masallıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 2-si yaralanıb

16 Avqust 2017 19:17

Tillerson: Pxenyanla dialoq qurmağa hələ də maraqlıyıq

16 Avqust 2017 19:15

Yasa gedənlər dəhşətlə üzləşdi: ölənlər və yaralılar var

16 Avqust 2017 19:14

Azərbaycanda arxeoloji qazıntı zamanı aşkarlanmış NADİR TAPINTILAR OĞURLANIB

16 Avqust 2017 19:13

Bir qrup hərbi qulluqçu şəhidin ad günündə ailəsinə baş çəkib

16 Avqust 2017 18:59

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur - FOTOLAR

16 Avqust 2017 18:48

Binəqədi-Novxanı avtomobil yolu çöküb

16 Avqust 2017 18:48

Milli Məclis sədrinin müavini Polşanın təhsil naziri ilə görüşüb

16 Avqust 2017 18:47

Sevgilisindən Neymara - AĞIR ZƏRBƏ

16 Avqust 2017 18:43

Azərbaycanda müdhiş oğurluq: nadir tapıntılar yoxa çıxdı

16 Avqust 2017 18:29

Saqqızın hazırlanması üsulu

16 Avqust 2017 18:29

Keti Perrinin VAMPİR sevgilisi üzə çıxdı – EŞQ ÜÇBUCAĞI - FOTOFAKT

16 Avqust 2017 18:28

Səfir: "Bu gün Azərbaycanda Rusiyada təhsil almağa yüksək maraq var"

16 Avqust 2017 18:27

U-17 bosniyalılara uduzdu

16 Avqust 2017 18:27

65 illik evli cütlük həyatlarına əl-ələ son qoydu

16 Avqust 2017 18:23

Naz Azərbaycan xalqını təhqir etdi

16 Avqust 2017 18:22

Dənizdə batan şəxs xilas edilib

16 Avqust 2017 18:20

Su borusu partladı, yol çökdü - FOTO

16 Avqust 2017 18:14

EVİMİZDƏKİ TƏHLÜKƏ - O hər an və hər yerdə bizi izləyir

16 Avqust 2017 18:13

Azərbaycan Prezidenti indoneziyalı həmkarını təbrik edib

16 Avqust 2017 18:12

Gavalı mürəbbəsinin hazırlanması

16 Avqust 2017 18:10

Erməni həkimin "müalicə" etdiyi bakılı bacıların DƏHŞƏTLİ HƏYATI: "Günlərlə evdə ac qalırıq..." - FOTOLAR

16 Avqust 2017 18:08

"Qarabağ" nə qədər qazanacaq?

16 Avqust 2017 18:07

İlham Əliyev Qabon Prezidentini təbrik edib

16 Avqust 2017 18:01

"Qarabağ"ın oyunçusu Çempionlar Liqası yığmasında

16 Avqust 2017 17:59

Əsl sovet plombirinin RESEPTİ

16 Avqust 2017 17:58

"Diva"-nın konsertindən məşqlər

16 Avqust 2017 17:58

Abşeronda su borusunun partlaması yolun çökməsinə səbəb olub

16 Avqust 2017 17:57

Bu il məişət tullantılarını zibil qutularından kənara tullayan 488 nəfər məsuliyyətə cəlb edilib

16 Avqust 2017 17:57

İlham Əliyev Qabon Prezidentini təbrik etdi

16 Avqust 2017 17:53

Bakıda öldürülən gəncin anası apellyasiya şikayəti verib

16 Avqust 2017 17:52

İnsan beyni haqda çox maraqlı faktlar

16 Avqust 2017 17:49

Ukraynaya yeni hücum hazırlanır - TARİX AÇIQLANDI

16 Avqust 2017 17:48

Azərbaycanlı aparıcının Amerika macəraları – FOTOLAR

16 Avqust 2017 17:38

“Milan”ın futbolçusu İspaniya klubuna keçib

16 Avqust 2017 17:37

“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram təminatı hazırlanıb

16 Avqust 2017 17:35

Sabaha olan məzənnə

16 Avqust 2017 17:33

Bakıda İran vətəndaşını avtomobillə vuraraq öldürən sərxoş taksi sürücüsü həbs olunub

16 Avqust 2017 17:32

Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA

16 Avqust 2017 17:29

Hava limanında güclü PARTLAYIŞ - FOTO

16 Avqust 2017 17:23

Xəzərin Corat qəsəbəsi hissəsində 1 nəfər batıb

16 Avqust 2017 17:22

DİM: Magistraturaya qəbul planı 82.58 faiz dolub

16 Avqust 2017 17:22

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

16 Avqust 2017 17:22

Röya konsert verdi

16 Avqust 2017 17:22

Bakıdan 10 min kilometr aralıda yaşayan azərbaycanlılar: "Təki narkotikdən, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq"

16 Avqust 2017 17:19

Coratda bir nəfər dənizdə batdı

16 Avqust 2017 17:14

Manatın sabaha olan MƏZƏNNƏSİ

16 Avqust 2017 17:13

Ana və iki azyaşlı övladı yandı - MASALLIDA

16 Avqust 2017 17:13

Sərhəd zastavasının xidməti ərazisində gizlədilən silah-sursat aşkarlanaraq götürülüb

16 Avqust 2017 17:12

Doğuşdan sonra ölən anaların sayı niyə artır?

16 Avqust 2017 17:10