Federasiya: Azərbaycan gimnastikası il ərzində böyük uğurlar qazanıb

Federasiya: Azərbaycan gimnastikası il ərzində böyük uğurlar qazanıb
15:05 13 Noyabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan gimnastikası il ərzində böyük uğurlar əldə edib. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Azər Novruzov bədii gimnastika üzrə XXII Bakı çempionatı və birinciliyinin rəsmi açılış mərasimində deyib.

A.Novruzov bildirib ki, 2015-ci il bizim üçün olduqca əlamətdar oldu: "İlk növbədə gimnastlarımızın I Avropa Oyunlarında uğurlu çıxışını qeyd etmək istərdim. Bundan başqa, Marina Durunda və Oleq Stepkonun uğurlu çıxışları 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanmağa imkan verdi".

A.Novruzov azərbaycanlı gimnastlara uğurlar arzulayıb və çempionatı açıq elan edib.

Bədii gimnastika üzrə XXII Bakı çempionatı və birinciliyi noyabrın 13-də start götürüb və sabah başa çatacaq.

Yarışların ilk günü 2005-2007-ci il təvəllüdlü gimnastlar fərdi proqramda çıxış edəcəklər. Günün sonunda çoxnövçülük üzrə mükafatçılar müəyyən ediləcək. Bura alətsiz, ip, halqa və top tapşırıqları daxildir.

Bundan sonra yarışlara alətsiz və topla tapşırıqları yerinə yetirəcək eyni yaş qrupuna aid olan qrup hərəkətləri komandaları, eləcə də halqa ilə tapşırıqlarda yarışacaq 2003-2004-cü il təvəllüdlü idmançılar qoşulacaqlar.

Yarışların ilk günü "balacalar" (2005-2007-ci il təvəllüdlülər) yaş kateqoriyasında yer almış və hərəkətləri fərdi proqram üzrə yerinə yetirən gimnastların çıxışları ilə başlanacaq. Günün sonunda isə onlar çoxnövçülük üzrə mükafatçıları müəyyən edəcəklər (alətsiz, ip, halqa və top). Bundan sonra yarışlara eyni yaş qrupuna, həmçinin yeniyetmələr (2003-2004-cü il təvəllüdlülər) kateqoriyasına aid olan qrup hərəkətləri komandaları qatılacaq. "Balacalar" 2 (alətsiz, toplar), yeniyetmələr isə 1 (halqalar) çıxış nümayiş etdirəcəklər.

Çoxnövçülük (alətsiz, ip, halqa, top, gürzlər) üzrə mükafatçıları müəyyən edəcək yeniyetmə gimnastların fərdi proqramda çıxışları ikinci yarış gününün birinci hissəsinə planlaşdırılır. Yarışlar gənc (2000-2002-ci il təvəllüdlülər) və böyük (1999-cu il təvəllüdlülər və daha böyüklər) gimnastların çoxnövçülükdə (ip, halqa, top, gürzlər) aparacaqları mübarizə ilə başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/382199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR