FoxNews: Misirdə qəzaya uğrayan A-321 təyyarəsinin göyərtəsində saat mexanizmli bomba olub

FoxNews: Misirdə qəzaya uğrayan A-321 təyyarəsinin göyərtəsində saat mexanizmli bomba olub
15:18 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Misirdə Rusiyaya məxsus təyyarənin qəzaya uğramasının təhqiqatında saat mexanizmli partladıcı qurğu məsələsi ortaya çıxıb. Bu barədə təhqiqata yaxın mənbələrə istinad edən Amerikanın FoxNews telekanalı məlumat yayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, digər bir mənbənin məlumatına görə, partlayıcı qurğu təyyarənin yanacaq çəninə və ya onun mühərriklə bitişən yerin yaxınlığına yerləşdirilib.
Hələlik bu nəticələrin terrorçuların danışıqlarının dinlənməsi, yaxud təyyarənin qalıqlarının təhqiqatı əsasında çıxarıldığı bildirilmir. Hər iki mənbənin gəldiyi nəticəyə görə, bütün faktlar A-321 təyyarəsinin insan faktoru nəticəsində qəzaya uğramasına dəlalət edir.
Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FoxNews_Misirde_qezaya_ugrayan_A_321_teyyaresinin_goyertesinde_saat_mexanizmli_bomba_olub-901725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR