Kral bazara girdi, "Azeri Light" ucuzlaşdı, anbarlar isə dolub-daşır...

Kral bazara girdi, "Azeri Light" ucuzlaşdı, anbarlar isə dolub-daşır...
15:22 13 Noyabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan nefti ucuzlaşdı (08 İyun 2017 09:48)
Azərbaycan nefti ucuzlaşdı (06 İyun 2017 09:38)
Azərbaycan Texasa neft göndərdi (01 İyun 2017 10:05)

Səudiyyə Ərəbistanının Avropa İttifaqı ölkələrinə neft təchizatına başlaması, gözlənildiyi kimi, Rusiya və Azərbaycana ziyan vurub.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya Mərkəzi Bankının Proqnozlaşdırma və Araşdırmalar Departamenti Səudiyyə Ərəbistanı neftinin Avropa bazarına daxil olmasından sonra "Urals" markalı neftlə "Brent" markalı arasındakı qiymət fərqinin ikincinin xeyrinə olaraq 3,5 dollara çatdığını açıqlayıb. Əvvəllər isə Rusiya nefti ilə "Brent" markalı neft arasında qiymət fərqi 2 dollardan çox deyildi.

Departament bildirir ki, bu, Rusiyanın tədiyyə balansı və ixracı, habelə büdcəsi üçün əlavə risklər yaradıb.

Səudiyyə Ərəbistanı neftinin Avropa bazarına daxil olması Azərbaycan neftinin də ucuzlaşmasına səbəb olub. Bir qayda olaraq "Azeri Light" markalı Azərbaycan nefti "Brent" markalı neftdən təxminən 2 dollar baha satılırdı.

Lakin Səudiyyə Ərəbistanının Avropanı ucuz neftlə doldurmasından sonra Azərbaycan neftinin differensialının son bir ayda iki dəfə və daha artıq aşağı düşməsinə səbəb olub. Bu barədə "Reuters"in təhlilində bildirilir.

Səudiyyə Ərəbistanının Avropaya neft ixracı bu ölkə neftinin ənənəvi bazarları olan Asiyada tələbatın aşağı düşməsindən sonra başlayıb. Kral Salman yeni bazarlar axtarıb tapmağı əmr edib və Səudiyyə Ərəbistanı bu ilin oktyabrında ilk dəfə Polşaya neft təchizatı həyata keçirib.

Ənənəvi olaraq Polşa və onun yerləşdiyi Şərqi Avropa regionu Rusiyanın "Urals" neftinin əsas bazarı hesab olunurdu. İndi isə Səudiyyə Ərəbistanının bazara daxil olması neftin qiymətlərinə əlavə təzyiq yaradıb, habelə müxtəlif neft markaları arasında qiymət müharibəsini başladıb.

Əslində bundan qabaq Rusiya Səudiyyə Ərəbistanının bazarına girmiş və Çinə neft təchizatını artırmışdı. Buna cavab olaraq səudiyyəlilər Avropanı ucuz neftlə doldurmağa başlayıblar və dekabr ayı üçün çatdırılacaq partiyanın qiyməti 2009-cu ildən bu yana ən aşağı olub.

Polşa ilə yanaşı, ənənəvi olaraq Rusiya neftini alan İsveç də son ayda Səudiyyə Ərəbistanı neftindən istifadə etməyə başlayıb.

Analitiklər isə qeyd edirlər ki, gələn ilin birinci yarısında Avropa bazarlarında vəziyyət daha da mürəkkəbləşəcək. Çünki neftayırma zavodlarının anbarları dolub-daşır. Habelə Atlantik okeanında üzən nəhəng tankerlərdə satılmayan neft var. Bu isə qiymətlərin daha da aşağı düşəcəyini qaçılmaz edir.

Hasilatı isə heç kim azaltmaq fikrində deyil və əksinə gözlənilir ki, sanksiyaların götürülməsinin ardınca İran bazarlara sutkada daha bir neçə milyon barrel əlavə neft çıxaracaq.

Afrikanın əsas neft hasilatçısı olan Nigeriyada isə hazırda 60 milyon barrel satılmamış neft yığılıb. Şimal dənizindən neft hasilatının maksimal səviyyəyə çatması, neftayırma zavodlarının anbarlarının, neft terminallarının dolub-daşması treyderləri məcbur edir ki, əllərindəki nefti alıcı tapana qədər tankerlərdə, açıq dənizlərdə saxlasınlar. Bu isə neftin qiymətinə əlavə təzyiq yaradır.

Xatırladaq ki, Azərbaycan neftinin əsas alıcıları Avropa ölkələri və İsraildir. Ancaq son bir neçə ayda İsrail İraqın Kürdüstan əyalətinin daha ucuz təklif etdiyi nefti almağa başlayıb.

Digər tərəfdən, Səudiyyə neftinin bazara daxil olması Azərbaycan nefti ilə daha ucuz olan digər neft markaları arasında qiymət fərqinin minimuma enməsinə səbəb olub. Bu isə ölkəyə neftdən daxil olan vəsaitlərin daha da azalması deməkdir.

Bu günə olan məlumata görə, dünya bazarlarında neft bir qədər də ucuzlaşıb və "Brent" markalı neftin bareli 44 dollara satılır. "Azeri Light"la "Brent" arasında qiymət fərqi azaldığından Azərbaycan neftinin satış qiyməti də bu səviyyəyə yaxındır.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ərdoğan evdə namaz qıldı

24 İyun 2017 13:22

Məkkəni kim partlatmaq istəyib? – RƏSMİ BƏYANAT

24 İyun 2017 13:18

Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza baş verib

24 İyun 2017 13:17

Türkiyədə kütləvi dava

24 İyun 2017 13:17

"The Daily Caller": ABŞ Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmaqla Qarabağ münaqişəsinin həllinə kömək edə bilər

24 İyun 2017 13:15

Bakıda gizli görüşən sevgililərin DƏHŞƏTLİ SONU - İKİSİ DƏ ÖLDÜ

24 İyun 2017 13:14

Aygün Kazımovaya sərt sözlər

24 İyun 2017 13:14

Demetin futbolçu ilə sevgili olduğu məlum oldu - gizli çəkilən FOTOlar

24 İyun 2017 13:12

Suriya yeni sərhədlər müəyyənləşir

24 İyun 2017 13:08

Rus və ABŞ kəşfiyyatının bir-birinə qarşı ölüm-dirim savaşı barədə DƏHŞƏTLİ FAKTLAR

24 İyun 2017 13:08

Fitrə zəkatının çıxarılacağı gün və qaydaları

24 İyun 2017 13:07

POLKOVNİK: "Qarabağda müharibə hər an başlaya bilər"

24 İyun 2017 13:06

"Formula 1" pilotları Bakıda avtoqraf payladılar - FOTO

24 İyun 2017 13:05

Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib

24 İyun 2017 13:02

"Supermodel Azerbaijan" beynəlxalq müsabiqəyə sənəd qəbulu başlayıb

24 İyun 2017 13:01

"Supermodel Azerbaijan"a sənəd qəbuluna başlandı

24 İyun 2017 12:57

Yadplanetli - 30

24 İyun 2017 12:57

Bir neçə pilot Formula 2 yarışlarında qəza törədib

24 İyun 2017 12:55

Rusiyanın ən məşhur qanuni oğrusunun Bakılı qızının GƏNCƏ MACƏRASI - FOTOLAR

24 İyun 2017 12:53

Millimizin imzalı forması məşhur kolleksionerin ən bahalısıdır

24 İyun 2017 12:52

Əminənin gözünün nuru üçün kömək olaq

24 İyun 2017 12:51

Bakıda "F1 Village" zonasında "Formula 1" pilotlarının avtoqraf-sessiyası FOTOLARDA

24 İyun 2017 12:50

Yevgeni Kasperski: "İlham Əliyev kibertəhlükəsizlik sahəsinə olduqca böyük əhəmiyyət verir"

24 İyun 2017 12:47

"Real"dakılara zəng vurub iş istəməyəcəyimə əminəm"

24 İyun 2017 12:47

İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

24 İyun 2017 12:46

Formula 2 yarışlarında ilk QƏZA baş verdi

24 İyun 2017 12:43

Britaniyalı qonaq: Formula 1 yarışı yüksək səviyyədə təşkil olunub

24 İyun 2017 12:43

Afinadan Türkiyə ilə bağlı ŞOK TƏLƏB

24 İyun 2017 12:43

Baş Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq edib

24 İyun 2017 12:42

Bayram gününə olan

24 İyun 2017 12:40

Azərbaycanda havanın temperaturu yüksəlir - 34 DƏRƏCƏ

24 İyun 2017 12:39

Bu gün Bakıda Formula 2 üzrə birinci yarış başlayıb

24 İyun 2017 12:36

"Özbaşınalıqlara dözə bilmirəm"

24 İyun 2017 12:34

Bayram günündə hava NECƏ OLACAQ?

24 İyun 2017 12:33

İstirahət gününün HAVAsı

24 İyun 2017 12:32

Prezident İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib

24 İyun 2017 12:29

İlham Əliyev Pakistan prezidentinə məktub göndərdi

24 İyun 2017 12:28

Bakıda Formula-2 üzrə birinci yarışa start verildi

24 İyun 2017 12:27

Axtarışda olan şəxslər saxlanıldı

24 İyun 2017 12:27

Prezident İlham Əliyev: "Biz terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik"

24 İyun 2017 12:22

Azərbaycanda iki gün ərzində müşahidə olunacaq hava proqnozu açıqlanıb

24 İyun 2017 12:22

Formula 1-in qonağı: Bu yarışın ev sahibliyi edən ölkə üçün böyük əhəmiyyəti var

24 İyun 2017 12:22

Rusiya kəşfiyyat gəmisi İstanbul boğazından keçdi

24 İyun 2017 12:19

Bakıda iki yeniyetmədən gözlənilməz addım: avtomobil qaçırtdılar, sonra...

24 İyun 2017 12:18

"Kəndə çıxa bilmirəm, utanıram" - Oğurluq edib kef məclisi quran şəxs - VİDEO - FOTO

24 İyun 2017 12:17

Kənan M.M reklam qalmaqalından danışdı

24 İyun 2017 12:14

Tibb bacısı xəstə uşağı yumruqladı - VİDEO - FOTO

24 İyun 2017 12:12

Binəqədi sakini hamamda facəvi şəkildə öldü

24 İyun 2017 12:12

Bu gün Elçibəyin doğum günüdür

24 İyun 2017 12:09

Xanımın ətəyinin yuxarı qalxdığını gördü və ELƏ BİR ŞEY ETDİ Kİ... - İNANILMAZ (FOTO)

24 İyun 2017 12:08