​“Tələbə Həftəsi” çərçivəsində YAP Gənclər Birliyində tədbir keçirilib

15:22 13 Noyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Tədbiri giriş sözü ilə açan S.Orucov tələbələrin Azərbaycanın həyatında oynadığı xüsusi rolu vurğulayıb və tələbələrin prezident İlham Əliyevin siyasəti ətrafında sıx birləşməli olduğunu qeyd edib.
Tədbirin mahiyyətindən, “Tələbə Həftəsi”nin önəmindən danışan S.Orucov qeyd edib ki, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi “Tələbə Həftəsi”nin xüsusi önəmi vardır.
Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov YAP-ın tələbə olan gənc üzvlərini salamlayaraq, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və “Tələbə Həftəsi” barədə geniş məlumat veroib.
E.Aslanov bildirib ki, YAP Gənclər Birliyi hakim partiyanın gənclər qolu kimi hər zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli yerlərdən birini tutur.
E.Aslanov gəncləri maraqlandıran bir neçə məqamı da vurğulayıb: “Siz tələbələr olaraq öz fəaliyyətinizi ictimai təşkilatlarda və ya siyasi partiyalarda qurmaqdan asılı olmayaraq, məqsədiniz hər zaman Azərbaycanın işıqlı gələcəyi və inkişafı olmalıdır. Bu yolda çalışan hər bir şəxs və qurum əməkdaşlıq etməli və güclərini səfərbər etməlidir. Bizim YAP Gənclər Birliyində keçirdiyimiz tədbir də bunun göstəricisidir. Biz gənclərin ölkəmizdə keçirilən uğurlu siyasətin, daha dəqiq desək isə dövlət gənclər siyasətinin carçısı olmağını istəyirik. Çünki, məhz Siz gənclər bir çox məqamda bizi istəməyən qüvvələrə açıq mesaj verməlisiniz". 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/telebe-heftesi-cercivesinde-yap-gencler-birliyinde-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR