MDBMİ-də “Azərbaycan həftəsi” açılıb

MDBMİ-də “Azərbaycan həftəsi” açılıb
15:23 13 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Azərbaycan həftəsi” açılıb. Həftə çərçivəsində ilk tədbir Azərbaycan Konstitusiyası Gününə həsr edilib. Azərbaycan MDBMİ Klubu tərəfindən təşkil edilmiş tədbiri Klubun sədri Ceyhun Hüseynov açıb. O, tədbir iştirakçılarını Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə təbrik edib və Klubun fəaliyyəti barədə məlumat verib.
Sonra MDBMİ-nin prorektoru Artyom Malqin çıxış edib. O qeyd edib ki, belə tədbirlər universitetin tələbə və aspirantlarının intellektual potensialını ikitərəfli münasibətlərin xeyrinə səfərbər etməyə kömək edir. A.Malqin deyib: “Uşaqlara məsləhət gördüm ki, “Azərbaycan həftəsi”nin proqramı rəngarəng olsun, əyləncə tədbirləri ilə yanaşı, diskussiya xarakterli tədbirlər də nəzərdə tutulsun. Bundan əlavə, tövsiyə etdim ki, bu tədbirlərdə iştirak etmək üçün mümkün qədər çox sayda rus dostlar dəvət edilsin. Mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi çox vacibdir. Bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfədir”.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova “Azərbaycan həftəsi” çərçivəsində “Azərbaycanın rəngləri” adlı xeyriyyə sərgisi keçirilməsi təşəbbüsünə görə MDBMİ-nin azərbaycanlı tələbələrinə təşəkkürünü bildirərək deyib: “Sevindirici haldır ki, bizim tələbələr başqasının halına acıyır, xəstə uşaqlara kömək edirlər”. T.Əhmədova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının yeni Konstitusiyası müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğuna keçid mərhələsi olub. O deyib: “Müstəqil Azərbaycan dövlətinin Əsas Qanununun hazırlanması və qəbul edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ən böyük xidmətidir. Ümummilli lider Konstitusiyanın işlənib hazırlanması üzrə xüsusi komissiyaya şəxsən özü rəhbərlik edib. Konstitusiyanın qəbul edilməsindən keçən 20 il ərzində Azərbaycan beynəlxalq birlikdə özünü uğurlu, nüfuzlu bir dövlət kimi göstərə bilib”.
Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev MDBMİ-nin azərbaycanlı tələbələrini onlarla eyni kursda oxuyan rusiyalı yoldaşlarını Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış etməyə çağırıb, çünki ikitərəfli əməkdaşlıq üçün ən möhkəm təməl məhz insani əlaqələr sayəsində yaranır. Diplomat deyib: “Rusiya Azərbaycan üçün mühüm strateji tərəfdaşdır. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş 15-ci iclasında məhz humanitar əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu əməkdaşlıq çərçivəsində ali məktəblərarası mübadilə aparılır. Bu ay Rusiyanın təhsil naziri Dmitri Livanovun Bakıya səfəri və Rusiya-Azərbaycan Təhsil Təşkilatları Assosiasiyasının yaradılması məsələsinin müzakirəsi gözlənilir”.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev vurğulayıb ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi MDBMİ ilə sıx əməkdaşlıq edir, müxtəlif elmi və mədəni layihələr həyata keçirir. E. Hacıyev daha sonra qeyd edib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə hər il rusiyalı tələbələr Azərbaycana səfər edir. Belə səfərlər təhsil və mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır.
“Nobel International Fraternity” Fondunun rəhbəri, iqtisadçı Filipp Nobel Rusiyanın və Azərbaycanın təhsil sistemlərinin hərtərəfli düşünülmüş və son dərəcə səmərəli sistemlər olduğunu qeyd edib. Nobellər ailəsinin varisinin sözlərinə görə, onun böyük qızı Bakıda təhsil alıb, ikinci qızı Sankt-Peterburqda oxuyur. Bu məsələdə Azərbaycanın və Rusiyanın xeyrinə seçim edilməsinin heç də təsadüfi olmadığını söyləyən Filipp Nobel daha sonra əlavə edib ki, MDBMİ Rusiyanın ən nüfuzlu ali məktəbidir və ola bilsin ki, onun kiçik qızı məhz bu instituta daxil olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidinin sözlərinə görə, Rusiya ali məktəblərinin azərbaycanlı məzunları Azərbaycan dövlətçiliyinin təşəkkülündə mühüm rol oynayıblar bugünkü Azərbaycan ziyalılarının özəyini həmin məzunlar təşkil edir. O deyib: “Sovet dövründə azərbaycanlı gəncləri Rusiyaya təhsil almağa göndərirdilər. Rusiyanın ali məktəblərində oxumaq çox prestijli hesab edilirdi. Bu ali məktəblər siyahısında MDBMİ həmişə xüsusi yer tutub”.
Fəridə Abdullayeva
AZƏRTAC—ın xüsusi müxbiri
Moskva







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Məktəb sayı ən çox və ən az olan rayonların ADI AÇIQLANDI

29 Aprel 2017 15:32

Polisin rezin güllələrinə əhali nizə və oxlarla cavab verdi

29 Aprel 2017 15:32

Torpağa yumurta əkin, MÖCÜZƏYƏ İNANMAYACAQSINIZ... - VİDEO

29 Aprel 2017 15:28

Azərbaycanın turizm imkanları Daşqənddə təqdim olunub

29 Aprel 2017 15:27

124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunur

29 Aprel 2017 15:19

ABŞ Şimali Koreyanı bu gün vuracaq? – Rusiyadan XƏBƏRDARLIQ

29 Aprel 2017 15:18

35 "Viaqra" atıb arvadının yanına getdi

29 Aprel 2017 15:17

Hərbi ekspert: "Ermənistan hərbçilərinin atdığı 3 raketin hamısı boşa çıxıb”

29 Aprel 2017 15:13

"Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı!"

29 Aprel 2017 15:13

İslamiada: VIII yarış günündə Azərbaycan və Fələstin yığmaları üz-üzə gələcək

29 Aprel 2017 15:07

Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

29 Aprel 2017 15:03

İnternetdə bu sözləri əsla yazmayın, ölə bilərsiniz!

29 Aprel 2017 15:01

Türkiyə prezidenti Hindistana səfər edəcək

29 Aprel 2017 14:59

Rusiyalı gimnast: Milli Gimnastika Arenasında gözəl mühit var

29 Aprel 2017 14:55

Lavrov: “ABŞ-la əməkdaşlıq etməyə tam hazırıq”

29 Aprel 2017 14:53

Hərbi ekspertlər: "Ermənilərin raketləri istifadə müddəti bitmiş, anbarlarda pas atmış sınıq-salxaq qurğulardır"

29 Aprel 2017 14:52

Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar?

29 Aprel 2017 14:46

Tramp:" Sizin artıq Ağ evdə gerçək dostunuz və sponsorunuz var"

29 Aprel 2017 14:43

Türkiyədə "Wikipedia" saytına giriş bağlanıb

29 Aprel 2017 14:42

Raketlərin heç biri hədəfə dəyməyib - "Ermənilərin təriflədiyi ordu budur?"

29 Aprel 2017 14:42

Ötən gün baş verən yol qəzaları

29 Aprel 2017 14:41

Ekspert: Ermənistan hərbçilərinin buraxdığı 3 raket boşa çıxdı

29 Aprel 2017 14:36

“QRU” Moskvadakı Amerika casusunu dir-diri yandırdı – “BUMERANQ” ƏMƏLİYYATI – FOTO

29 Aprel 2017 14:33

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

29 Aprel 2017 14:33

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib

29 Aprel 2017 14:32

“CinemaPlus Xəmsə” 1 yaşını qeyd edəcək

29 Aprel 2017 14:27

"2.70 əvəzinə 4 manat alır" - Sərnişinləri ölümə daşıyan mikroavtobuslar - VİDEO - FOTO

29 Aprel 2017 14:22

Türkiyədə məscid tikintisində çökmə

29 Aprel 2017 14:21

Azərbaycanlı şairə oğlu ilə Qubada istirahətdə

29 Aprel 2017 14:17

Fransanın yeni "Napoleon"u

29 Aprel 2017 14:15

Türkiyədə məscid tikintisində çökmə - ölən və yaralananlar var

29 Aprel 2017 14:15

Dondurulmuş limon XƏRÇƏNGİN qarşısını alır

29 Aprel 2017 14:13

Qaradağda akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

29 Aprel 2017 14:12

General Mirvətova "Bildiyimə görə, onun qardaşının Kərəm Həsənovla hansısa problemi olub"

29 Aprel 2017 14:12

"Azersun Holding" Azərbaycan dərman bazarında 20-30% paya sahib olmaq niyyətindədir

29 Aprel 2017 14:12

Bu fotolar hər yerdən silinir, silinməmiş siz də baxın

29 Aprel 2017 14:12

Tanınmış müğənninin azadlığa çıxacağı gün bilindi

29 Aprel 2017 14:09

Polkovnik Hüseynov: "Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar"

29 Aprel 2017 14:05

Nasistlərin nifrət etdiyi DAHİLƏR: faşistlər onlardan niyə qorxurdu?

29 Aprel 2017 14:03

Gömrükdə əl arabasından 129 qram qızıl tapıldı

29 Aprel 2017 13:59

Gənclər üçün Təhsil Mərkəzi “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” mövzusunda konfrans keçirib

29 Aprel 2017 13:57

MTN əməkdaşı özünü qarajda asıb - "MTN işi"

29 Aprel 2017 13:52

Səbrsiz bəy ehtirasının qurbanı oldu - FOTO

29 Aprel 2017 13:52

FİFA prezidenti ilə bağlı araşdırma aparılır

29 Aprel 2017 13:49

Qardaşı tutulan MTN əməkdaşı özünü niyə asdı? - İLGİNC FAKTLAR

29 Aprel 2017 13:44

Dünya məşhurlarının DƏBDƏBƏLİ EVLƏRİ

29 Aprel 2017 13:43

Ötən gündə 2 qəza - 1 ölü, 2 yaralı

29 Aprel 2017 13:43

"Arka Sokaklar" ın yeni bölümünün anonsu yayıldı

29 Aprel 2017 13:43

Avni Demirçi: "Banklar investisiyalara kredit ayırmalıdır"

29 Aprel 2017 13:42

Messidən Zidanla bağlı maralı ETİRAF

29 Aprel 2017 13:38