Məşhur erotik dramın növbəti iki hissəsi çəkilir

Məşhur erotik dramın növbəti iki hissəsi çəkilir
15:41 13 Noyabr 2015
150 Şou
Ölkə mətbuatı
A- A+

"Bozun 50 çaları"nın prodüseri filmin iki hissəsinin davamının eyni vaxtda çəkiləcəyini deyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, erotik dramın yazarı E.L.Ceymsin növbəti iki kitabı "Qaranlığın 50 çaları" və "Azadlığın 50 çaları" əsasında çəkilən filmlər 2017-ci ilin və 2018-ci ilin fevralında təqdim olunacaqlar. Lakin artıq çəkilişlər başlayıb və hər iki film eyni zamanda start götürüb.

Baş rollarında Dakota Conson və Ceymi Dornan olan filmin rejissoru isə dəyişib. Birinci hissəni çəkən Cem Teylor Conson qalmaqallı şəkildə layihəni tərk etdiyi üçün onu Ceyms Fouli əvəz edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR