İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək (FOTO)

İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək (FOTO)
15:41 13 Noyabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 15-16-da dünya ölkələrinin liderləri Türkiyəyə toplaşacaq. ANS PRESS-in məlumatına görə, Antalya şəhərində G20 ölkələri liderlərinin sammiti baş tutacaq. Artıq aylar öncədən Antaliya liderlərin qəbuluna ciddi cəhdlə hazırlaşır. Şəhərdə təhlükəsizlik ən yüksək həddə çatdırlıb, yollar yenilənib, otellər hazır vəziyyətə gətirilib.

Zirvə toplantısında 12 baş prezident, 11 baş nazir qatılacaq. Ümumilikdə Antaliyaya 13 min insanın gələcəyi gözlənilir. Mətbuat nümayəndələrinin sayı isə 3 min olacaq. 12 min nəfər təhlükəsizliyi qoruyacaq.
Azərbaycan da Türkiyənin xüsusi dəvətlisi kimi G20 toplantısına dəvət edilib.

G20 zirvəsi ancaq dünya liderlərinin gəlişi ilə yox, həm də onların VİP təyyarələri bütün diqqətləri üzərinə çəkəcək.

Ən çox texnologiya ilə təhciz ediləcək təyyarələrin eniş edəcəyi Antalya hava limanı əsl “Airshow”nu xatırladacaq.

Milyonlarla dollar qiyməti olan təyyarələrin əksəriyyəti "Boeing 747" tipli nəhəng hava gəmiləridir.

Onlardan ən diqqətçəkəni ABŞ prezidenti Barak Obamanın təyyarəsidir. Təyyarə raketlərdən müdafiə sistemi ilə təhciz edilib. “Air Force One” (Hava Qüvvələri 1) bir çox filmlərin də mövzusu olub. "Boeing" şirkətinin 1990- cı ildə istehsal etdiyi nüvə savaşı zamanı belə idarə edilə bilər. Fövqəladə vəziyyət olarsa prezident oranı bir kapsulun köməkliyi ilə tərk edə bilər. Onun içərisində 85 telefon var. Bütün sistemlərin iki ehtiyat variantı var.

Pilotlar hərbi təyyarələrin pilotları arasından seçilir. Təyyarənin istismar müddəti 2023-cü ildə bitir. Onu 747-8 seriyasından olan təyyarə əvəz edəcək.




Rusiya lideri Vladimir Putinin təyyarəsi də Obamanınkindən dala qalmır. Təyyarə bir dəfəyə 12 kilometrdən artıq uçuş həyata keçirə bilər. "Ilyushin 96-300” təyyarəsində duş, bar, yataq otağı, iş masası, toplantı salonu var. Təyyarənin dizaynı Kremli xatırladır. Bu hava gəmisi nüvə silahı hücumlarına da qarşı təhlükəsizlik sistemləri ilə təhciz edilib. Təyyarənin daxili dizaynı dövlət sirri hesab edilir.






Son anda dəyişiklik olmasa liderlər aşağıdakı təyyarələrlə Antalyaya gələcəklər.
Fransa prezidenti Fransua Olland - Airbus 330-200
Çin Xalq Respublikasının baş naziri Şi Jinping - Boeing 747



Braziliya prezidenti Dilma Rousseff - Airbus 319



Almaniya kansleri Angela Merkel - Airbus A319



İndoneziya lideri Joko Vidodo - Boeing 737-800



Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz - Boeing 747



Azərbaycan prezidenti İlam Əliyev - Boeing 767-300


Kanada baş naziri Stefen Harper - Airbus A310-300s (CC-150 Polaris)


Cənubi Afrika Respublikası Jakob Zuma - Boeing 737 (BBJ)



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR