Kişilər arasında Azərbaycan yığması Avropa birinciliyinin qalibi titulunu müdafiə edəcək

Kişilər arasında Azərbaycan yığması Avropa birinciliyinin qalibi titulunu müdafiə edəcək
15:48 13 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Bu gün Reykyavikdə şahmat üzrə Avropa komanda çempionatı başlanır. Çempionatda Azərbaycanın ən güclü kişi və qadın şahmatçıları iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bütün böyük yarışlarda olduğu kimi, burada da əsas favoritlərdən biri əvvəlki iki birinciliyinin qalibi kişilərdən ibarət Azərbaycan yığmasıdır. İslandiyaya yığmamızın heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli yola düşüblər. Qadınların turnirində qələbə uğrunda Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazimova mübarizə aparacaqlar.
Xatırladaq ki, 2015-ci ilin Avropa çempionatında 36 ölkədən təqribən 300 şahmatçı iştirak edir.
Aleksandr Halifmanın başçılığı ilə kişilərdən ibarət yığmamız reytinq cədvəlində üçüncü yerdə, Fikrət Südeyifzadənin rəhbərliyi ilə qadınlardan ibarət yığmamız isə 13-cü yerdədir.
Avropa Çempionatı noyabrın 22-dək davam edəcək.
Xatırladaq ki, üç əvvəlki birinciliyin qalibləri Azərbaycan yığması (2009, 2013) və Almaniya (2011) olublar.
Avropa Çempionatı 2016-cı il Ümumdünya Olimpiadasından əvvəl keçirilən sonuncu böyük komanda turniridir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kisiler_arasinda_Azerbaycan_yigmasi_Avropa_birinciliyinin_qalibi_titulunu_mudafie_edecek-901747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR