Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AZAL bu rayonlara uçuşları dayandırılır

AZAL bu rayonlara uçuşları dayandırılır

Date: 13 November 2015 15:51

Bakı-Qəbələ və Bakı- Gəncə istiqamətində olan uçuşlar dayandırılır.

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ANS PRESS-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bakı-Qəbələ uçuş reysləri artıq dayandırıb. Bakı-Gəncə istiqamətində olan uçuşlar isə noyabr ayının 21-dən etibarən dayandırılacaq.

"Təyyarələr tam olaraq dolmadığından və rentabelli olmadığından bu istiqamətdə uçuşları faydasız sayırıq", - deyə Paşa Kəsəmənski vurğuladı.



Həmin istiqamətdə uçuşların bərpasına gəldikdə isə, qurum rəsmisi bu barədə hələki heç bir məlumatın olmadığını dedi: "Əgər yaxın günlərdə bu istiqamətdə uçuşlara ehtiyacın olduğunu görsək, bəlkə, bu reysləri bərpa edərik, amma hələki buna o qədər də istəyi görmürük, ona görə yaxın vaxtlarda onların bərpası çətin ki, baş tutsun", - deyə Paşa Kəsəmənski əlavə etdi.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Qəbələ-Bakı marşrutu ilə müntəzəm uçuşlara 2013-cü ilin avqustun 30-dan etibarən başlayıb. Bakı-Qəbələ-Bakı reysləri hər həftənin V və VII günləri Bakıdan Qəbələyə saat 15:00-da, əks istiqamətdə isə 16:25-də «Embraer-170» tipli təyyarələrlə həyata keçirirdi. Bakı-Qəbələ aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 48 manat təşkil edir. Bakıdan Qəbələyə uçuş 35 dəqiqə həyata keçirilir.

Sentyabrın 12-dən etibarən isə AZAL Bakı-Gəncə-Bakı marşrutu üzrə də gündəlik uçuşlara başlayıb. Bakı-Gəncə-Bakı reysləri həftənin bütün günləri "Embraer-170" tipli təyyarələrlə həyata keçirilir. Eyni zamanda, region sərnişinlərinə daha komfortlu şərait yaratmaq məqsədi ilə AZAL həftədə 3 dəfə Gəncə-Naxçıvan-Gəncə reyslərini də həyata keçirir. Bakı-Gəncə aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 30 manatdır.



Tags:  AZAL bu rayonlara uçuşları dayandırılır


RƏYLƏR


Top news