"Elməddin olmasaydı ürəyim partlayardı" - xalq artisti

"Elməddin olmasaydı ürəyim partlayardı" -  xalq artisti
15:51 13 Noyabr 2015
56 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fatma Mahmudova aktyor Elməddin Cəfərovun ünvanına təriflər yağdırıb.

Axşam.az-ın məlumatına görə, aktrisa “Hər axşam” verilişində unutulduğunu deyib:

“40 ildir səhnədəyəm. 5 il uzaq qaldım, unuduldum. Nə yaxşı “Bacanaqlar” serialı yarandı. Yoxsa ürəyim partlayardı. Aktrisa səhnəsiz yaşaya bilmir. Tamaşaçı səni unudubsa, bu böyük faciədir. Düz danışmağı sevirəm. Tamaşaçılar məni unutmuşdu, artıq tanımırdılar. Elməddin Cəfərova minnətdaram ki, bu serialı çəkdi. Hamını ətrafına yığdı və belə addım atdı. Nə yaxşı belə bir kollektiv yarandı və məndə oradayam”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR