Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib (FOTO)

Prezident İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib (FOTO)

Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (26 Mart 2017 15:45)
Prezident səfirlərin etimadnamələrini qəbul etdi - FOTO (26 Mart 2017 12:48)
Prezident Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib (26 Mart 2017 12:44)

Tarix: 13 Noyabr 2015 15:53

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi, “Senate Consulting Ltd” şirkətinin təsisçisi, “Discover Azerbaijan: Baku 2015 edition” kitabının layihə direktoru Lord Devid Evansdan, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbidən, Böyük Britaniya parlamentinin üzvləri, Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiffdən, Stefn Ceyms Makkabedən, xanım Patrisia Skotlanddan və “Senate Consulting Ltd” şirkətinin icraçı direktoru xanım Karolin Minşeldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmiz ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına və uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın kifayət qədər geniş istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə etdiyini vurğulayaraq ölkələrimiz arasında parlamentlərarası əlaqələrin də böyük əhəmiyyət daşıdığını dedi.

Böyük Britaniya Lordlar Palatasının üzvü, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq məsələlərə dair fikirlərinin onlar üçün hər zaman böyük maraq doğurduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Prezident İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib FOTO



RƏYLƏR


Top xəbərlər