Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" seminarı

Kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" seminarı

Date: 13 November 2015 16:03


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" mövzusunda seminar keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, seminarda ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları, o cümlədən bu sahədə son trendlər haqqında məlumat verilib.
Seminar zamanı "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri açıqlanıb, bu sahədə beynəlxalq təcrübə bölüşülüb.

Tags:  Kommersiya banklarının nümayəndələri üçün Fraud Clinic Event seminarı



RƏYLƏR


Top news