Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı şahmatçı “Ostankino” kubokunda ən yaxşı nəticə göstərib

Azərbaycanlı şahmatçı “Ostankino” kubokunda ən yaxşı nəticə göstərib

Azərbaycanlı gimnast Dünya Kubokunda finala çıxıb (18 Fevral 2017 14:52)

Tarix: 13 Noyabr 2015 16:08


Bakı, 13 noyabr, AZƏRTAC
Moskvanın əsas televiziya mərkəzində blits üzrə “Ostankino” kuboku komanda turnirinin birinci mərhələsi keçirilib. Şahmat yarışında yeddi komanda iştirak edib və onlar öz aralarında sxveninqensk sistemi üzrə yarışıblar.
AZƏRTAC xəbər verir ki, qələbə uğrunda əsasən “Qazprom-neft”, “Ostankino” və Vostok” komandaları mübarizə aparıblar. “Ostankino” komandası qızıl medal qazanıb. Bu komandanın heyətində Moskvada yaşayan azərbaycanlı şahmatçı Elmira Mirzəyeva da iştirak edib.
Şəxsi hesabda ən yaxşı nəticəni 9 xal toplayan azərbaycanlı şahmatçı göstərib. Svetlana Matveyeva və Vladimir Barski (“Furiya”) hərəyə 8,5 xal toplayıblar.


Teqlər:  Azərbaycanlı şahmatçı Ostankino kubokunda nəticə göstərib



RƏYLƏR


Top xəbərlər