Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Üç cüdoçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Üç cüdoçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Oruc Vəlizadə bürünc medal qazandı - FOTO (18 Fevral 2017 23:22)
Azərbaycan cüdoçusu Romada keçirilən Avropa açıq çempionatında bürünc medal qazanıb (18 Fevral 2017 23:12)

Tarix: 13 Noyabr 2015 16:08


Bakı, 13 noyabr, AZƏRTAC
Bratislavada gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə altı Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb.
Cüdoçumuz Davud Məmmədov (60 kq) ilk görüşdə kiprli İrodotos Kelpisi məğlub edib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Savva Karakizidi olacaq.
Rəşad Rufullayev (66 kq) start döyüşünü zəfərlə tamamlayaraq ispaniyalı rəqibi Daniel Peresdən üstün olub. O, növbəti görüşünü Polşa təmsilçisi Mixal Bartusikə qarşı keçirəcək.
Daha bir qələbəni qadın təmsilçimiz Səkinə Zairova (57 kq) qazanıb. Birinci döyüşdə ev sahibi cüdoçu Maqdalen Muzikovaya qalib gələn həmyerlimiz növbəti mərhələdə Sloveniya idmançısı Manya Kropfla üz-üzə gələcək.

Teqlər:  cüdoçumuz Avropa çempionatına qələbə başlayıb



RƏYLƏR


Top xəbərlər