Azərbaycanda yük gəmisi əsaslı təmir edilib

Azərbaycanda yük gəmisi əsaslı təmir edilib
16:18 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC “Mahmud Rəhimov” quru yük gəmisini əsaslı təmirdən sonra istismara verib.

Trend-in QSC-yə istinadən verdiyi məlumata görə, “Zığ” gəmi təmiri zavodunda may ayından aparılan təmir işləri zamanı xeyli iş görülüb. Belə ki, 4100 ton yükgötürmə qabiliyyətinə malik gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlar, mebellə təchiz edilib.

“Mahmud Rəhimov”un gövdəsində, göyərtələrində, yük anbarlarında və bir sıra digər sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, baş və köməkçi mexanizmləri, əsas və yardımçı sükan qurğuları, xilasetmə vasitələri, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.

Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları, kabel xətləri yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib.

Qeyd edək ki, “Mahmud Rəhimov” quru yük gəmisi Xəzər hövzəsində yükdaşımalara cəlb ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2456060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR