Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ermənistan dünya ictimaiyyətinin qərarına həyasızcasına məhəl qoymur"

"Ermənistan dünya ictimaiyyətinin qərarına həyasızcasına məhəl qoymur"

Date: 13 November 2015 16:22

AŞ PA-nın Siyasi məsələlər komitəsinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi barədə qəbul etdiyi qətnamə layihəsi müsbət və mütərəqqi addımdır.

Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

O qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq siyasətinin çox böyük uğurudur: "Qətnamənin qəbul edilməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yaxşı tərəfə dəyişməlidir".

A.Qriqoriunun sözlərinə görə, beynəlxalq strukturların tövsiyələrinin yerinə yetirilməsi üçün təzyiq mexanizmlərini hazırlamaq vacibdir: "Ermənistan dünya ictimaiyyətinin qərar və tövsiyələrinə həyasızcasına məhəl qoymur. Niyə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan sərbəst şəkildə Böyük Britaniya və digər ölkələrə səfər edir? Niyə onu Avropa İttifaqında qəbul edirlər? Kim və hansı əsasla ona viza verir? Bunu Avropada azad hərəkət edən Dnestryanının liderinə də şamil etmək olar. Fikrimcə, biz yenə də ikili standartlar siyasəti ilə üzləşirik".

Milli.Az


Tags:  Ermənistan dünya ictimaiyyətinin qərarına həyasızcasına məhəl qoymur

RƏYLƏR


Top news